Hindistanda bərə çevrildi: 19 ölü
Hindistanın cənub-şərqində, Andhra-Pradeş ştatında çay bərəsi qəzaya uğrayıb. Krişna çayında 38 sərnişini, 3 nəfərlik ekipajı olan bərə çevrilib. Hadisə nəticəsində ən azı 19 nəfər həlak olub, 4 nəfər itkin düşüb.
13 Noyabr 2017 16:16 DünyaHindistanın cənub-şərqində, Andhra-Pradeş ştatında çay bərəsi qəzaya uğrayıb. Krişna çayında 38 sərnişini, 3 nəfərlik ekipajı olan bərə çevrilib. Hadisə nəticəsində ən azı 19 nəfər həlak olub, 4 nəfər itkin düşüb. Sərnişinlər dini mərasimdə iştirak etməyə gedirlərmiş. Bərənin sahilə yaxın zonada çevrildiyi bildirilir. Şahidlər və xilasedicilər təqribən 20 nəfəri xilas edə biliblər. Qəzaya səbəb kimi bərənin həddindən artıq yüklənməsi göstərilir. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31