Gündəm
Yaxın Şərqdə YENİ XƏRİTƏ: şiddətli müharibə başlayır
“Səudiyyə Ərəbistanında saray daxilində baş verənlər Yaxın Şərq coğrafiyasında böyük xaos yaradacaq”. Bu barədə Abant İzzet Baysal Universitetinin beynəlxalq münasibətlər kafedrasının üzvü, professor Veysel Ayhan deyib. Onun sözlərinə görə, “mülayim İslam”a keçid sələfilikdən qopmaqdır və Səudiyyə Ərəbistanı bununla beynəlxalq sistemə inteqrasiya olunmağa çalışır. “Lakin bütün bunlar Səudiyyənin daxili məsələsi kimi dəyərləndirilməməlidir. Proseslər eyni zamanda regional və qlobal təsirlərə səbəb olacaq”, - deyə o bildirib. V.Ayhanın fikrincə, Livanın baş naziri Saad Haririnin istefa qərarı, Yəməndə husilərin Ər-Riyada raket hücumu cəhdi və Səudiyyə Ərəbistanında anti-korrupsiya əməliyyatı Yaxın Şərqdə yeni mərhələnin başlandığının göstəricisidir.
Bacısının başını kəsən qızla bağlı məhkəmə qərarı ETİRAZ YARATDI
Bakıda bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın barəsində olan məhkəmə qərarından prokuror apelyasiya protesti verib. 2014-cü ilin oktyabrında 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. Pərvanə Nuriyeva mübahisə zəminində bacısı Günel Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra onun başını kəsib. Pərvanə Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.
Tikintidə işçilərin müqaviləsiz işlədilməsinə dair materiallar prokurorluğa göndərildi
Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 15-i sifarişçi, 9-u podratçı, 17-si subpodratçı olmaqla 43 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərininin tənzimlənməsi ilə bağlı səyyar monitorinq keçirilib.
Avropa Millətlər Kubokunda qadın güləşçilər üçüncü oldu
Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku - Alrosa Kuboku beynəlxalq turniri keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, yarışda sərbəst və qadın güləşi üzrə yığma komandamız mübarizə aparıb. Sərbəst güləşçilərimiz turnirdə Rusiya, Gürcüstan və Moldova yığmaları ilə yarışıb.
“Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfransı keçiriləcək
Noyabrın 28-30-da Bakıda “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfransı keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, konfrans Azərbaycan Texniki Universitetində baş tutacaq. Konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyi , Azərbaycan Texniki Universiteti və Baku Steel Company MMC təşkilatçılığı ilə reallaşacaq.
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu təkmilləşir
Bulvar ərazisində yerləşən “Paris Kommunası” və “Zaqfederasiya" kimi tanınan gəmi təmiri zavodları sökülmüş, Zığ şosesi yaxınlığında hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturu olan “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu inşa edilib. Zavodun təkmilləşdirilməsi işi bu gün də sürətlə davam edir.
Heyvanlar zəlzələni öncədən hiss edirlər? - Seysmoloji Xidmət Mərkəzi aydınlıq gətirdi
Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 328 nəfərə çatıb. Təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb. Dünyada bu qədər zəlzələlər qeydə alınsa da, seysmoloji halları öncədən xəbər verən cihazlar yoxdur, hətta texniki inkişafın indiki dönəmində belə, elm zəlzələni öncədən bilməkdə acizdir. Zəlzələlərlə bağlı insanlar arasında bəzi inancalar formlaşıb: deyirlər ki, heyvanların zəlzələni öncədən hiss edə bilir.
Qarabağa gedən 4 Türkiyə vətəndaşına cinayət işi açılıb
Bu ilin sentybarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən Türkiyə vətəndaşlarına qarşı Türkiyədə cinayət işi qaldırılıb. Bu barədə Türkiyədəki qaynaqlarımızın verdiyi məlumatda deyilir. Məlumata görə, Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun işğalçı Ermənistanın nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etdiyinə görə cəzalandırılması istiqamətində qardaş ölkədə ilkin hüquqi addım atılıb.
Binəli Yıldırım: "Şiəliyin geniş yayılması region üçün ciddi təhlükəyə çevrilib" - VİDEO
"Regionda şiəliyin geniş yayılması ciddi təhlükəyə çevrilib". Məlumata görə, bu fikirləri Türkiyənin baş naziri Binəli Yıldırım CNN telekanalına müsahibəsində bildirib.
Dövlət Məşğulluq Xidmətinin vəzifəli şəxslərinin məhkəməsinə şahidlər məcburi gətiriləcək
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin direktoru Sayad Cavadzadənin və mühasibi Arzu Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesə sədrlik edən hakim Eldar Mikayılov bildirib ki, iş üzrə şahidlər prosesə dəvət edilsə də, gəlmirlər. Məhkəmə buna görə onların barəsində məcburi gətirilmə qərarı çıxarıb.
İran XİN-in sözçüsü: “Ermənistan və bölgə ölkələri sionist rejimin Qafqazdakı hərəkətlərinə diqqət etməlidir”
“Xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfərinin dəqiq vaxtı hələ müəyyənləşməyib”. Bunu Tehran müxbirinin sualına cavabında İran XİN-in sözçüsü Bəhram Qasimi deyib.
Şah İsmayıl Xətainin yeni şeirləri ANKARADA TAPILDI
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdıqları şeirləri aşkar edib. Olaylr.az bildirir ki, Xətainin Ankara Milli Kitabxanasındakı "Əlyazma" məcmuəsindən tapılmış “Şah Xətai” başlığı ilə olan əsərləri qəzəl və qoşma janrlarında yazılıb. Aşkar edilmiş ana dilindəki yeni qəzəldə I Şah Təhmasib Osmanlı imperatoru Sultan Süleymanın qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən bəhs edir, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə izah edir.
Acunun arvadına görə 3 qadın tutuldu - 15-i axtarışdadır
Acun Ilıcalı ilə bir müddət əvvəl evlənən Şeyma Subaşının başına iş gəlib. Subaşını sosial mediada təhqir edən, montaj olunmuş videolarını yayan 3 xanım polis tərəfindən saxlanılıb.
Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi o oldu
Toivo Klaar Avropa İttifaqının (Aİ) Gürcüstan və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi seçilib. Məlumata görə, bu barədə qərar Aİ Şurası tərəfindən bu gün qəbul edilib.
Deputat: “Moskvada dərk etməlidirlər ki, Ermənistan Rusiyanın ayaqlarının altını qazır”
Bəzi məsələlərin həlli regionun iki böyük dövləti olan Rusiya və Türkiyənin münasibətlərinin səviyyəsindən və regionda cərəyan edən proseslərə baxışlarından, yanaşmalarından asılıdır.














