“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu təkmilləşir

Bulvar ərazisində yerləşən “Paris Kommunası” və “Zaqfederasiya" kimi tanınan gəmi təmiri zavodları sökülmüş, Zığ şosesi yaxınlığında hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturu olan “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu inşa edilib. Zavodun təkmilləşdirilməsi işi bu gün də sürətlə davam edir.

Bulvar ərazisində yerləşən "Paris Kommunası" və "Zaqfederasiya" kimi tanınan gəmi təmiri zavodları sökülmüş, Zığ şosesi yaxınlığında hazırda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin strukturu olan "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodu inşa edilib. Zavodun təkmilləşdirilməsi işi bu gün də sürətlə davam edir. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, burada yeni sahə və sexlər tikilib. Zavodda beynəlxalq standartlara cavab verən müasir avadanlıqlar quraşdırılıb, eyni zamanda müəssisədə çalışanların iş şəraiti yaxşılaşdırılıb. Zavod ərazisində sahəsi 3978 m2 olan yeni Gövdə-qaynaq və mexaniki sexlər tikilib. Burada yeni 2 ədəd 10 tonluq, 2 ədəd 20 tonluq körpülü kranlar, 2 ədəd elektrik mühərrikli araba, Torna karusel, Mərkəzi emal və isgənə dəzgahları quraşdırılıb. Eyni zamanda, həmin sexdə ikimərtəbəli inzibati məişət bloku yaradılıb. Yeni tikilən obyektlərin hamısı beynəlxalq ekologiya tələblərinə və təhlükəsizlik normalarına cavab verir. Burda personalın təhlükəsiz işi üçün lazımi şərait yaradılıb. Ərazidə sahil işıqlandırma, yanğından mühafizə sistemləri, təhlükəszilik kameraları quraşdırılıb. Zavodda işçilərin sağlamlığını təmin etmək üçün əməyin mühafizəsi qaydalarını əks etdirən löhvələr yerləşdirilib. Qeyd edək ki, bölmə və sahələrdə quraşdırılan yeni avadanlıqlar Türkiyə, Rusiya, Belarus, İsveçin tanınmış brendlərinə məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31