Gündəm

Gəncədə İdman Sarayı inşa olunacaq

13 Noyabr 2017 18:23

Prezident İlham Əliyev Gəncə şəhərində İdman Sarayının tikintisi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Gəncə şəhərində İdman Sarayı inşa edilsin. Gəncə İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilir.

Gəncədə çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinə 7 milyon manat ayrılıb

13 Noyabr 2017 18:21

Prezident İlham Əliyev Gəncə şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının tikintisi ilə bağlı sərəncam imzalayıb

13 Noyabr 2017 18:20

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

İsveçin nümayəndə heyəti Azercell-in nailiyyətlərini yüksək qiymətləndirdi

13 Noyabr 2017 18:19

İsveç Krallığının Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Məsələləri və Ticarət üzrə dövlət katibi cənab Oskar Stenströmun başçılıq etdiyi nümayəndə heyəti 2017-ci il noyabrın 8-də ölkənin aparıcı mobil rabitə təminatçısı Azercell Telekom-a baş çəkdi. Bu səfər İsveçin Azərbaycanda ən böyük investisiyası sayılan Azercell şirkətinin biznes və inkişaf perspektivlərini daha yaxından tanımaq məqsədilə həyata keçirilmişdir.

Yeni konseptual nəqliyyat sistemi təqdim olunub

13 Noyabr 2017 18:14

“Xoio” dizayner şirkəti və Şəhər Mobillik İnstitutu (IUM) tədqiqat layihəsi olan “Mobuno” konsepsiyasını təqdim ediblər. Layihə müasir nəqliyyat vasitələrinin bir konseptual avtomobildə birləşən imkanlarını nümayiş etdirsə də, bir avtomobili deyil, “Mobuno” avtomobilləri əsasında yaradılan bütöv nəqliyyat sistemini nəzərdə tutur.

Həmsədrlərlə AŞPA həmməruzəçilərinin Qarabağa dair görüşü təxirə salınıb

13 Noyabr 2017 17:58

ATƏT-in Minsk qrupu həmsədrləri ilə Avropa ŞurasıParlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçilərinin görüşü təxirə salınıb. Məlumata görə, görüş noyabrın 16-da Parisdə keçirilməli idi. Lakin həmsədrlərin həmin gün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü planlaşdırıldığından Paris görüşü təxirə salınıb.

İngiltərə millisinin sabiq üzvü polis tərəfindən saxlanıldı

13 Noyabr 2017 17:56

"Mançester Siti" və İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Trevor Sinkler polis tərəfindən saxlanılıb. Buna səbəb keçmiş futbolçunun sərxoş halda avtomobil idarə etməsi olub. Bundan əlavə Sinkler 12 noyabr tarixində bir nəfərə qarşı hücumda da təqsirləndirilir.

Pərvin Abıyeva Rafet El Romanla SEVGİLİDİR? – AÇIQLAMA

13 Noyabr 2017 17:51

Bu gün türk mətbuatında aktrisa Pərvin Abıyevanın Rafet El Romanla restoranda yemək yeməsi ilə bağlı xəbərlər yayılıb. Türk maqazin müxbirlərinin iddia etdiyinə görə, Rafet və Pərvin sevgilidir. Məlumata görə, onlar yemək yedikdən sonra məkanı ayrı-ayrı tərk ediblər. Paparatsiləri yanıltmaq istəyən müğənni isə makyaj ustası ilə görüntülər verib.

Qatar relsdən çıxdı: 33 nəfər ölüb

13 Noyabr 2017 17:49

Konqo Demokratik Respublikasında qanunsuz sərnişin daşıyan qatar qəzaya uğrayıb. Hadisə respublikanın cənub istiqamətində yerləşən Lualaba adlı ərazi yaxınlığında baş verib.

Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı açıqlanıb

13 Noyabr 2017 17:48

"Bu ilin 10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 276 604 nəfər olub". Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, onlardan 727 577 nəfəri Rusiya Federasiyası, 439 305 nəfəri Gürcüstan, 320 904 nəfəri İran, 249 210 nəfəri Türkiyə, 81 742 nəfəri Birləşmiş Ərəb Əmirlikləri,  54 242 nəfəri İraq, 49 809 nəfəri Ukrayna, 31 821 nəfəri Səudiyyə Ərəbistanı, 321 994 nəfəri isə digər ölkələrin vətəndaşları olub. Şöbədən əlavə ediblər ki, xarici vətəndaşlar daha çox iyul ayında gəlib və onların sayı 313 515 nəfər təşkil edib.

Rustavinin yeni meri ilk iş günündə şəhərdə küçə süpürüb

13 Noyabr 2017 17:45

Gürcüstanın Rustavi şəhərinin yeni meri İrakli Tabağua ilk iş gününə şəhərdə təmizlik işləri görməklə başlayıb. İ. Tabağua səhər saatlarında Rustavi şəhərinin bir neçə yaşayış binasının həyətlərinin süpürülməsində iştirak edib.

Aprel şəhidinə həsr olunan film təqdim edildi

13 Noyabr 2017 17:27

Noyabrın 13- də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət təşkilatlarına dövlət dəstəyi Şurası Qayıdış İctimai Birliyi tərəfindən çəkilmiş 18 aprel 2016-cı il tarixində Lələtəpə döyüşləri zamanı vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş polkovnik-leytenant Sənan Axundov haqqında “Vətən aşiqi” sənədli filminin təqdimat mərasimi olub. Olaylar.az bildirir ki, təqdimatda iştirak edənlər Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov, Bənəqədi rayon YAP təşkilatının sədri Ramiz Göyüşov, “Qayıdış” İctimai Birliyinin sədri Hasil Tağıyev, Mədəni İnkişaf İctimai Birliyinin sədri Gəray Əlibəyov, aktyor, əməkdar artist Azad Şükürov, Azərbaycan Respublikası Mədəniyyət və turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin şöbə müdirləri Sənan Talıbov və Məzahir Qarayev, əməkdaşları Aslan Qasımov və Cavid Quliyev, 144 N-li məktəbin direktoru Həcər Mahmudova, Yazıçılar Birliyinin Aran bölməsinin sədri Sərbaz Hüseynoğlu, şairlər Sabir Rüstəmxanlı, Seyran Səxavət, şairə Gülarə Şınıxlı və başqaları S.Axundovla bağlı xatirələrini bölüşmüşlər.

Aptekdə güclü təsir edən maddə satan şəxs saxlanılıb - Aptek rəhbəri axtarılır

13 Noyabr 2017 17:19

Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi tərəfindən paytaxtda fəaliyyət göstərən apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılmasına dair yayılmış məlumatlarla əlaqədar zəruri tədbirlər həyata keçirilməkdədir.

Azərbaycanda mövcud olan fikir, söz və məlumat azadlığı beynəlxalq aləm tərəfindən də təqdir edilir

13 Noyabr 2017 17:07

26 ildir ki, demokratik inkişaf yolunu tutmuş, bu yolda qətiyyətlə və inamla irəliləyən Azərbaycan Respublikası bütün istiqamətlərdə uğura, nailiyyətlərə imza ataraq adını öncüllər sırasına yazır. Təkcə iqtisadi sahədə deyil, eyni zamanda siyasi və mədəni, humanitar sahələrdə də inkişaf yolu keçən ölkəmiz demokratik ölkələrə xas olan hal və xüsusiyyətlərə də ciddi diqqət yetirir, bu prinsipləri özünün gündəlik həyatında tətbiq edir, yaşadır.

Azərbaycanda əfvlə bağlı müraciətlər araşdırılır

13 Noyabr 2017 17:05

Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin humanizm siyasətindən irəli gələrək əfvlə bağlı müraciətlərə hər zaman diqqətlə yanaşılır. Bunu Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev deyib.