İngiltərə millisinin sabiq üzvü polis tərəfindən saxlanıldı

"Mançester Siti" və İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Trevor Sinkler polis tərəfindən saxlanılıb. Buna səbəb keçmiş futbolçunun sərxoş halda avtomobil idarə etməsi olub. Bundan əlavə Sinkler 12 noyabr tarixində bir nəfərə qarşı hücumda da təqsirləndirilir.

"Mançester Siti" və İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Trevor Sinkler polis tərəfindən saxlanılıb. Buna səbəb keçmiş futbolçunun sərxoş halda avtomobil idarə etməsi olub. Bundan əlavə Sinkler 12 noyabr tarixində bir nəfərə qarşı hücumda da təqsirləndirilir. Hazırda 44 yaşlı oyunçu polis nəzarətində saxlanılır.

Qeyd edək ki, Sinkler "Mançester Siti"dən əlavə "Blekpul", "Kuinz Park Reyncers", "Vest Ham Yunayted" və "Kardif Siti"nin də şərəfini qoruyub. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31