Qatar relsdən çıxdı: 33 nəfər ölüb
Konqo Demokratik Respublikasında qanunsuz sərnişin daşıyan qatar qəzaya uğrayıb. Hadisə respublikanın cənub istiqamətində yerləşən Lualaba adlı ərazi yaxınlığında baş verib.
13 Noyabr 2017 17:49 DünyaKonqo Demokratik Respublikasında qanunsuz sərnişin daşıyan qatar qəzaya uğrayıb. Hadisə respublikanın cənub istiqamətində yerləşən Lualaba adlı ərazi yaxınlığında baş verib. Konqonun ən böyük ikinci şəhəri hesab olunan Lubumbaşidən Luena şəhərinə yanacaq materialları ilə dolu çənlər daşıyan qatar relsdən çıxaraq aşıb. Hadisə nəticəsində çənlər partlayıb və qatar yanıb. Qatarın içərisində olan 33 nəfər həlak olub. İlkin ehtimallara görə, qatarın içərisində polisdən gizlənən şəxslər olub. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31