Həmsədrlərlə AŞPA həmməruzəçilərinin Qarabağa dair görüşü təxirə salınıb

ATƏT-in Minsk qrupu həmsədrləri ilə Avropa ŞurasıParlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçilərinin görüşü təxirə salınıb. Məlumata görə, görüş noyabrın 16-da Parisdə keçirilməli idi. Lakin həmsədrlərin həmin gün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü planlaşdırıldığından Paris görüşü təxirə salınıb.

Qeyd edək ki, görüşün keçirilməsinə dair qərar AŞPA Monitorinq Komitəsinin Avropa Şurası ölkələri arasında münaqişələrə dair alt komitənin bu il oktyabrın 10-da keçirilmiş iclasında verilmişdi. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak etməli idi.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31