Gündəm
Araşdırma: Ana südü ilə qidalanan körpələrdə qulaq xəstəlikləri az olur
Texas Universiteti (ABŞ) alimləri araşdırma zamanı aşkar ediblər ki, ana südü ilə qidalandırılan körpələrdə süni süd alan körpələrlə müqayisədə qulaq xəstəliklərinə daha az rast gəlinir.
Uşağın ağlaması böyüklərin beyninə mənfi təsir edir
Amerika alimləri maraqlı araşdırma aparıblar. Onlar uşağın ağlamasının böyüklərin beyninə olan təsirini araşdırıblar. Məlum olub ki, uşağın ağlaması böyüklərin beyninə mənfi təsir edir, diqqəti azaldır.
“Qarabağ” azarkeşlərindən rekord - 68 500 bilet...
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ölkəmizi təmsil edən “Qarabağ” İngiltərənin “Çelsi” klubu ilə qarşılaşacaq. Qarşılaşma 22 noyabr saat 21:00-da “Bakı Olimpiya Stadionu”nda keçiriləcək. Klubun mətbuatla əlaqələr şöbəsindən aldığımız rəsmi məlumata görə, azarkeşlər üçün ayrılmış 68 500 biletdən artıq 64 500-ü satılıb. Satılmayan biletlərin çoxu isə rəqib komanda üçün ayrılmış yerlərə aiddir.
Putinlə Ərdoğanın görüşü başladı - Soçidə
Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında kiçik tərkibdə görüş başlayıb. Məlumata görə, bu görüşdən sonra liderlər geniş tərkibdə görüş keçirəcək, daha sonra mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər.
İki gün sonra başlayır - Qaranlıq həyat 14 gün DAVAM EDƏCƏK
Noyabrın 15-də Venera və Yupiter planetləri maksimal dərəcədə yaxınlaşacaq. Bu haqda Amerika Milli Kosmik Agentliyinin (NASA) əməkdaşı Çarlz Boden bildirib. O qeyd edib ki, Yer kürəsinin sakinləri bu hadisəni müşahidə edə biləcəklər. Astronomlar bunu unikal mənzərə adlandırırlar. NASA əməkdaşı söyləyib ki, Yupiter və Veneranın yaxınlaşması planetdə faciəli qaranlığa gətirib çıxaracaq. Bu hadisənin iki həftə davam edəcəyi bildirilir. “Hər şeyi unutduran qaranlığa hazırlaşın. Bu, artıq noyabrın 15-də başlanacaq”, - Amerika eksperti xəbərdarlıq edib.
Ərdoğan Rusiyaya yollandı: “Putinlə Qarabağı müzakirə etmək istəyirəm”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə bu gün baş tutacaq görüşü zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək istədiyini bir daha bəyan edib. Məlumata görə, bu barədə Türkiyə prezidenti səfər öncəsi jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ-da gecə klubunda atışma - Ölən və yaralananlar var
ABŞ-ın Atlanta şəhərində gecə klublarının birində atışma baş verib. Hadisə nəticəsində iki nəfər həlak olub. Daha iki nəfərin yaralandığı bildirilir. Polisin verdiyi ilkin məlumatına görə, atışma mübahisə zəminində baş verib. Bir nəfər mübahisə etdiyi şəxslərə atəş açıb.
Yaxın 20 ildə insan və kompüter vəhdət təşkil edəcək
“Google” şirkətinin futurizm və süni intellekt məsələləri üzrə mütəxəssisi Rey Kursveyl bu yaxınlarda Beynəlxalq münasibətlər üzrə şurada çıxışı zamanı bildirib ki, bəşəriyyətin kompüterlərin üsyanından qorxmasına ehtiyac yoxdur. Bundan başqa, gələcək məhz süni intellektlə bağlıdır. Onun sözlərinə görə, bu gün insanlar daha yaxşı inkişaf ediblər və müasir dünyada aclıq və yoxsulluq göstəricisi bəşəriyyətin bütün tarixi üzrə daha azdır. 3 milyard istifadəçi smartfondan istifadə edir, bir neçə il sonra bu göstərici 6 milyarda yaxınlaşacaq. Həmçinin Kursveyl hesab edir ki, gələcəkdə biz daha az bioloji varlıq olacağıq.
Keçmiş məşhur futbolçu dostlarını bıçaqladı
1987-1990-cı illər ərazində 81 dəfə, 1991-ci ildə 11 dəfə "Fənərbağça" forması geyən keçmiş futbolçu Erdi Demir cinayət törədib. Erdi Demir haqqında mübahisə etdiyi dostlarını bıçaqla yaraladığı iddiasıyla "qəsdən yaralama" və "təhqir" müddəaları ilə 2 il 1 aydan 9 il 2 aya qədər həbs cəzası istənilib.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə bir qrup şəxs təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
“Qarabağ”ın rəqibi ağır vəziyyətdə - Ard-arda itkilər
İngiltərənin “Çelsi” klubuna ağır itki üz verib. Komandanın üzvləri Timue Bakayoko, Mişi Batşuayi və Alvaro Moratadan sonra daha bir ulduz futbolçusu Eden Azar da zədələnib.
Ana nənənin uşağın taleyində MÜHÜM ROLU
Alimlər müəyyən edib ki, ana nənə uşağın həyatında ən mühüm insandır. Nənə çox sehirli sözdür. Çünki xoş uşaqlıq xatirələri əsasən onunla bağlıdır! Ən dadlı kökəni hər zaman nənə bişirir, unudulmaz yay macəraları və bir çox başqa unudulmaz anlarımız var. Nənələr bizdə nağıl, qayğısız yay tətili, xeyirxahlığı, nəvazişi, ləziz şirniyyatları və ya mürəbbəsi ilə assosiasiya edilir.
Nüsrət Əyyubova Prezidentin fərdi təqaüdü verilib
Prezident İlham Əliyev Nüsrət Əyyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Gəncədə İdman Sarayı inşa olunacaq
Prezident İlham Əliyev Gəncə şəhərində İdman Sarayının tikintisi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Gəncə şəhərində İdman Sarayı inşa edilsin. Gəncə İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilir.
Subay qadınlar subay kişilərdən daha xoşbəxtdir - SORĞU
Öz statusundan razı olan qadınlar faiz nisbətilə tənha kişilərdən daha çoxdur. Bu qənaətə gəlməyə istehlak bazarlarının analizində ixtisaslaşmış Britaniyanın “Mintel” agentliyi tərəfindən keçirilmiş sorğunun nəticələri əsas verib. Bu barədə “The Telegraph” qəzeti yazır. “Mintel”in məlumatına görə, tənha qadınların yarıdan çoxu, daha dəqiq 61 faizi uzun müddətli münasibətlərə can atmır və olduqları statusdan məmnundurlar. Tədqiqatda iddia edilir ki, yalqızlıqdan razı olan kişilərin isə yalnız 49 faizi statuslarından məmnundurlar.














