Gündəm
"Taliban"la atışmada 22 hərbçi öldü
Əfqanıstanda "Taliban" terror qruplaşması ilə hərbçilər arasında silahlı qarşıdurma baş verib. Ölkənin Qəndəhar vilayətində hərbçilər və "Taliban" döyüşçüləri arasında silahlı insident zamanı 22-dən çox hərbçi ölüb.
Səudiyyə Ərəbistanından Fələstin liderinə ULTİMATUM: “İstefa ver”
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Fələstin lideri Mahmud Abbasa təzyiq göstərdiyi ortaya çıxıb. Şahzadə Fələstin liderindən ABŞ-ın Orta Şərq sülh planını qəbul etməsini tələb edib. Bu barədə İngiltərədə yayımlanan “Times” qəzeti məqalə yayımlayıb. Məqalədə Mahmud Abbasın bir həftə öncə paytaxt Riyada səfəri zamanı ABŞ prezidenti Donald Trampın kürəkəni Cerard Kuşnerin rəhbərliyi ilə hazırlanan sülh planının gündəm olduğu bildirilib. Bu zaman Şahzadə M.Abbasa “Tramp planı açıqlayan zaman amerikalılar nə təklif edərsə, onu qəbul et, ya da istefanı ver” deyib.
Bəşər Əsəd QUBALINI RAKETLƏ VURDU - TƏFƏRRÜAT
Suriya və Pakistanda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə təqsirləndirilən Rövşən Qədirov barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Tillerson BMT-nin baş katibi ilə görüşəcək
ABŞ-ın dövlət katibi Reks Tillersonun bu gün BMT-nin baş katibi Antoniu Quterres ilə görüşü gözlənilir. Manilada keçiriləcək görüş haqqında ilkin məlumat ABŞ-ın Dövlət Departamenti tərəfindən yayılıb.
İşə qəbul üzrə növbəti müsabiqə
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir. “OLAYLAR”-ın xəbərinə görə, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər noyabrın 13-dən http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. 10 təqvim günü davam edəcək qeydiyyat prosesi noyabrın 23-də saat 14:00-da başa çatacaq. Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.
Zığ-Suraxanı yolunun 2.7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır
Suraxanı rayonunun Zığ - Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilib.
Düşmən 114 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.
Feysbuk bu xidməti LƏĞV EDİR: 6 fevraldan...
Dünyanın ən məşhur sosial şəbəkələrindən olan feysbuka “bəyən” işarəsi ləğv edilir. Şirkət artıq bununla bağlı dəqiq tarix də açıqlayıb. 6 fevral 2018-ci ildən sosial şəbəkədə “bəyən” işarəsinin qismən qaldırılacağını bəyan edib. Bir müddət əvvəl feysbukda “bəyənməmək” (dislike) seçiminin əlavə ediləcəyi müzakirə olunurdu. Ancaq bunun narahatlıq yarada biləcəyi nəzərə alınaraq istifadəyə verilmədi.
Siyavuş Novruzov: "Azərbaycanın müstəqilliyi üçün ciddi maneələrdən biri AXC idi"
"Sovet ittifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqil dövlət quruculuğu üçün ciddi maneələrdən biri də həmin dövrdə səriştəsiz və təsadüfi adamların Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmələri ilə bağlı idi". Məlumata görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
2022-ci ilədək “ağıllı” geyimin tədarük həcmi 31 milyonu ötəcək
"ABI Research” analitik şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ildə dünya bazarına 5 milyondan bir qədər az "ağıllı" geyim tədarük ediləcək, 2022-ci ildə isə daxili datçik və mikroçiplərin köməyi ilə istifadəçinin həyat göstəricilərini izləməyə imkan verən ağıllı" köynək, corab, ayaqqabı və başqa geyim predmetlərinin illik tədarük həcmi 31 milyonu ötəcək.
Yeni “Google” funksiyası restoranda gözləmə vaxtını öyrənməyə imkan verəcək
“Google” şirkətinin istifadəçiləri üçün servislər vasitəsilə kafe və ya restoranda bu və ya digər masanın nə vaxt boşalacağını öyrənməyə imkan verən yeni funksiya istifadəyə verilib. Yeni funksiyadan “Google Maps” proqramında, eləcə də axtarış sistemində yararlanmaq mümkündür.
BMT-nin Baş katibi: “Qorxu və şübhələr süni intellektin inkişafını dayandırmamalıdır”
Robot texnikasının inkişafı insan həyatına necə təsir göstərəcək? Yeni "Frankenşteyn" yaratmaq təhlükəsi varmı? Robotlara etik prinsipləri aşılamaq mümkündürmü? Bu və başqa suallar YUNESKO-da süni intellekt sahəsində ekspertlər tərəfindən müzakirə edilib.
“Microsoft” rəhbəri “iPad” istifadəçilərinə əsl kompüterlərdən istifadəni məsləhət görüb
“Microsoft” korporasiyasının baş direktoru Satya Nadella Hindistana səfəri çərçivəsində onunla söhbət zamanı “Apple” şirkətinin “iPad” planşet kompüterindən istifadə edən iki jurnalistlə mübahisə edib. Mübahisəyə səbəb isə korporasiya rəhbərinin onlara “iPad” planşetini kənara qoyaraq əsl kompüterlərdən istifadəyə başlamağı tövsiyə etməsi olub.
“Apple” şirkəti “iPhone X” ekranı ilə bağlı problemləri etiraf edib
“Apple” korporasiyası “iPhone X” qurğusunda sensor ekranla bağlı problem olduğunu etiraf edib. Belə ki, smartfon soyuq havada toxunuşlara reaksiya vermir. Şirkət tezliklə bu çatışmazlığı aradan qaldırmağı planlaşdırır.
Dünyada ən güclü kvant kompüter yaradılıb
“IBM” şirkəti 50 kvant nüvəyə malik ilk kompüter prototipi yaradıb. Mütəxəssislərin fikrincə, belə məhsuldarlıq kvant hesablamanın ənənəvi kompüterlərdən üstün olmasını deməyə əsas verir. Hesab olunur ki, 50 kubitdən çox gücə malik sistemlər adi kompüterlərin edə bilmədikləri modelləşdirmə və hesablamaları yerinə yetirirlər. Bundan başqa, şirkət istifadəçilər üçün 20 kubit məhsuldarlıqlı “Quantum Experience” “bulud” servisindən istifadəyə imkan yaradıb.














