Gündəm

23 Avropa ölkəsindən tarixi addım - Pentaqona rəqib

14 Noyabr 2017 12:02

Fransa və Almaniyanın başçılığı ilə 23 Avropa ölkəsi ABŞ-dan asılılığı azaltmaq və qitənin müdafiə sahəsində daha sıx işbirliyi etmək üçün müdafiə razılaşması imzalayıb. Aİ ölkələrinin xarici işlər və müdafiə nazirləri tərəfindən razılaşmanın imzalanmasından sonra Aİ-nin xarici əlaqələr üzrə ali təmsilçisi Federika Moqherini mediaya açıqlama verib. O, müdafiə koordinasiyasını və silahların inkişaf etdiriməsini hədəfləyən razılaşmanın tarixi an olduğunu bildirib. Bu addım Avropa İttifaqının bir ordu qurması kimi şərh edilsə də, yaxın gələcəkdə belə bir ordunun qurulması ehtimal edilmir.

Ermənistanda məhkum qaçıb

14 Noyabr 2017 12:00

Ermənistanda məhkum qaçıb.  Hadisə İrəvanda baş verib. 30 yaşlı Telman Alaverdyan müalicə aldığı xəstəxanadan qaçıb.

Brend mağazalarda “brend” qiymətlər - “Od tutub yanan” dükanlar

14 Noyabr 2017 11:58

Azərbaycanda bir çox tanınmış geyim mağazaları mövcuddur.  Xüsusilə brend geyimlərin satışı ilə məşğul olan həmin mağazalarda qiymətlər “od tutub yanır”. Düzdür, hər geyimin öz alıcısı var. Amma maraqlıdır ki, eyni brend məhsullar ayrı-ayrı yerlərdə fərqli qiymətlərədir.  Hətta müştərinin üzünə baxaraq  geyimə qiymət qoyan mağazalar da var. Yəni hər kəs öz bildiyini oxuyur. 

“Konflikt Jurnalistika Məktəbi”nin yekun toplantısı keçirilib

14 Noyabr 2017 11:53

AMEA Mərkəzi Elmi Kitabxanasında  “Konflikt Jurnalistika Məktəbi”nin yaradılması layihəsi çərçivəsində görülən işlərlə bağlı yekun toplantı keçirilib. Olaylar.az bildirir ki, MEK-in təşkilati dəstəyi ilə hazırlanan tədbirdə Müdafiə Nazirliyinin məsul şəxsləri, Mətbuat Şurasının üzvləri, BDU-nun Jurnalistika fakültəsinin müəllim və tələbələri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Dünya çempionatının bürünc medalçısı məşq zamanı öldü

14 Noyabr 2017 11:51

Fransalı dağ xizəkçisi David Puasson Kanadada məşq zamanı ölüb. Hadisə Nakiska kurortunda 36 yaşlı idmançının dağdan enməsi zamanı baş verib. D.Puasson yıxılaraq ciddi xəsarət alıb və düynasını dəyişib.

Azerbaijan’s Consulate General commemorates the Holocaust in Los Angeles

14 Noyabr 2017 11:51

The Consulate General of Azerbaijan in Los Angeles hosted on Nov. 9, 2017 a commemoration dedicated to the 79th anniversary of the Kristallnacht (Night of Broken Glass) in Nazi Germany, which ushered in the Holocaust against the Jewish people. Held with the “Save a Heart Foundation,” which was established by the Jewish doctors of the world-famous Cedars-Sinai Medical Center, the event was attended by members of the Foundation.

Holokost və Xocalı soyqırımları Los Ancelesdə anıldı

14 Noyabr 2017 11:50

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin yəhudi mənşəli əməkdaşlarının yaratdığı “Bir Ürək Xilas Et” Fondunun birgə təşkilatçılığı və sözügedən Fondun üzvlərinin iştirakı ilə Nasist Almaniyasında yəhudilərə qarşı soyqırımının başlanğıcı hesab edilən, 1938-ci ilin “Kristal Gecə”sinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Konsulluqdan Olaylar.az – a bildirilib ki, tədbirdə “Bir Ürək Xilas Et” Fondunun rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi və Fondun üzvü Ester Blauqrund çıxış edərək, Baş Konsulluğa belə bir önəmli tədbirə evsahibliyi etdiyi üçün təşəkkürlərini bildiriblər. 

Putin-Ərdoğan görüşündən sonra Lavrov Bakıya gəlir - Qarabağ GEDİŞİ

14 Noyabr 2017 11:48

Rusiya xarici işlər naziri Sergey Lavrov gələn həftə İrəvana və Bakıya səfər edəcək. Bu barədə Ermənistanın “168 jam” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Lavrov noyabrın 19-u Bakıda, 20-si isə İrəvanda olacaq. “Lavrov Məmmədyarovla-Nalbandyanın görüşü üçün gündəm formalaşdırmağa cəhd edə bilər. Bununla yanaşı, Lavrov həmsədrlərin də dəstəklədiyi planı təqdim edə bilər”, - deyə o bildirib.

Klinton istintaqa cəlb edilə bilər

14 Noyabr 2017 11:38

ABŞ ədliyyə nazirliyi Klintonlar ailəsinin fond fəaliyyəti və uran müqaviləsi ilə maraqlanır. Kanadanın "Uranium One" şirkətinin satışı da nazirliyin maraq dairəsindədir. ABŞ mətbuatının xəbərinə əsasən, federal prokurorlar bu məsələ ilə bağlı baş prokuror Ceff Seşnsin bəzi tapşırıqlarını tədqiq edirlər.  Baş prokurorun köməkçisi Stiven Boydun məktubunda deyilir: "Bu prokurorlar uyğun məsələlərdə birbaşa baş prokurora və onun müavininə tabe olacaqlar və tədqiq edilən məsələnin istintaqa cəlb edilib-edilməməsi barədə rəy verəcəklər".

Uşaq "Avroviziya"sında Dağlıq Qarabağ separatçılarının bayrağının qaldırılmasının qarşısı alınacaq

14 Noyabr 2017 11:36

Avropa Yayım Birliyi (AYB) “Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017”də işğal altındakı Dağlıq Qarabağda mövcud olan separatçı rejimin bayrağının qaldırılmasının qarşısını alacaq.

Növbəti ixrac missiyamız Çində səfərdədir

14 Noyabr 2017 11:31

Azərbaycanın növbəti ixrac missiyası Çin Xalq Respublikasının Şanxay şəhərindədir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 13 yerli şirkətin nümayəndəsi daxildir.

Peskov Soçi görüşünü şərh etdi: “Detallar açıqlana bilməz”

14 Noyabr 2017 11:29

"Prezidentlərin görüşü zamanı elə mürəkkəb mövzulara toxunulub ki, onların detalları açıqlana bilməz".  Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ərdoğanla Putinin Soçi görüşünü şərh edərkən deyib. O, ABŞ və Rusiya qoşunlarının Suriyadan çıxarılması ilə bağlı sualı cavablandırıb: “Danışıqlarda daha mürəkkəb mövzular var idi ki, detallar açıqlana bilməz”.

Dünya üçün yeni təhlükə: 5400 İŞİD-çi geri qayıdır

14 Noyabr 2017 11:27

Suriya və İraqdakı missiyalarını başa vuran 5400 İŞİD üzvü ölkələrinə qayıtmağa başlayıb.  Məlumata görə, 146 ölkəni təmril edən terrorçular bütün dünya üçün böyük təhlükədir.

Pərdə-plyonka "sezonu" bitir - son 2 GÜN

14 Noyabr 2017 11:22

Respublika ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görnüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş icazənin müddəti noyabrın 15-də başa çatır.

ABŞ-ın Somali əməliyyatı: 40 ölü

14 Noyabr 2017 11:20

ABŞ 9-12 noyabr tarixlərində Somalidə İŞİD və Əl Şəbab terror təşkilatlarına qarşı 5 hava hücumu təşkil edib. Əməliyyat nəticəsində 40 terrorçu məhv edilib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Rob Manninqin verdiyi məlumata görə, zərərsizləşdirilən terrorçulardan 4-ü İŞİD, 36-ı isə Əl Şəbab təşkilatının üzvüdür.