“Konflikt Jurnalistika Məktəbi”nin yekun toplantısı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında  “Konflikt Jurnalistika Məktəbi”nin yaradılması layihəsi çərçivəsində görülən işlərlə bağlı yekun toplantı keçirilib. Olaylar.az bildirir ki, MEK-in təşkilati dəstəyi ilə hazırlanan tədbirdə Müdafiə Nazirliyinin məsul şəxsləri, Mətbuat Şurasının üzvləri, BDU-nun Jurnalistika fakültəsinin müəllim və tələbələri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

AMEA Mərkəzi Elmi Kitabxanasında  "Konflikt Jurnalistika Məktəbi"nin yaradılması layihəsi çərçivəsində görülən işlərlə bağlı yekun toplantı keçirilib.

Olaylar.az bildirir ki, MEK-in təşkilati dəstəyi ilə hazırlanan tədbirdə Müdafiə Nazirliyinin məsul şəxsləri, Mətbuat Şurasının üzvləri, BDU-nun Jurnalistika fakültəsinin müəllim və tələbələri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə yaradılan "Konflikt Jurnalistika Məktəbi" ölkəmizdə bir ilkdir. Yekun toplantıda layihə çərçivəsində görülən işlərdən, jurnalistlər üçün keçirilən təlimlərdən söhbət açılıb.

"Dinc Dünya" Araşdırma Mərkəzinin layihəsi olan bu məktəbin ölkəmizdə yaradılması zərurətindən danışılıb, mövzu ilə bağlı diskussiyalar səslənib. Müharibə vəziyyətində yaşadığımız bir dövrdə hərbi jurnalistikanın inkişafı istiqamətdə belə layihələrinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tədbirdə 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, layihənin rəhbəri Əlisəfa Mehdiyev, polkovnik Vaqif Dərgahlı, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Mətbuat Şurasının üzvü Azər Həsrət, Azer-defence jurnalının baş redaktoru Rəşad Süleymanov və başqaları "Konflikt Jurnalistika Məktəbi"nı indiki zamanda ehtiyac duyulduğunu və layihənin hərbi jurnalistikanın inkişafı ilə bağlı önəmli addım olduğunu bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31