ABŞ-ın Somali əməliyyatı: 40 ölü
ABŞ 9-12 noyabr tarixlərində Somalidə İŞİD və Əl Şəbab terror təşkilatlarına qarşı 5 hava hücumu təşkil edib. Əməliyyat nəticəsində 40 terrorçu məhv edilib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Rob Manninqin verdiyi məlumata görə, zərərsizləşdirilən terrorçulardan 4-ü İŞİD, 36-ı isə Əl Şəbab təşkilatının üzvüdür.
14 Noyabr 2017 11:20 DünyaABŞ 9-12 noyabr tarixlərində Somalidə İŞİD və Əl Şəbab terror təşkilatlarına qarşı 5 hava hücumu təşkil edib. Əməliyyat nəticəsində 40 terrorçu məhv edilib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Rob Manninqin verdiyi məlumata görə, zərərsizləşdirilən terrorçulardan 4-ü İŞİD, 36-ı isə Əl Şəbab təşkilatının üzvüdür. Əməliyyat barədə ABŞ Afrika Qüvvələri Komandirliyi (AFRICOM) məlumat yayıb. Komandirlikdən verilən açıqlamaya görə, hücumlar əsasən, günorta saatlarında təşkil edilib.
Qeyd edək ki, ABŞ-ın Somalidə təxminən 500 əsgər xidmət göstərir. Publika.az