Azərbaycanda mövcud olan fikir, söz və məlumat azadlığı beynəlxalq aləm tərəfindən də təqdir edilir
26 ildir ki, demokratik inkişaf yolunu tutmuş, bu yolda qətiyyətlə və inamla irəliləyən Azərbaycan Respublikası bütün istiqamətlərdə uğura, nailiyyətlərə imza ataraq adını öncüllər sırasına yazır. Təkcə iqtisadi sahədə deyil, eyni zamanda siyasi və mədəni, humanitar sahələrdə də inkişaf yolu keçən ölkəmiz demokratik ölkələrə xas olan hal və xüsusiyyətlərə də ciddi diqqət yetirir, bu prinsipləri özünün gündəlik həyatında tətbiq edir, yaşadır.
13 Noyabr 2017 17:07 Sosial26 ildir ki, demokratik inkişaf yolunu tutmuş, bu yolda qətiyyətlə və inamla irəliləyən Azərbaycan Respublikası bütün istiqamətlərdə uğura, nailiyyətlərə imza ataraq adını öncüllər sırasına yazır. Təkcə iqtisadi sahədə deyil, eyni zamanda siyasi və mədəni, humanitar sahələrdə də inkişaf yolu keçən ölkəmiz demokratik ölkələrə xas olan hal və xüsusiyyətlərə də ciddi diqqət yetirir, bu prinsipləri özünün gündəlik həyatında tətbiq edir, yaşadır. Bu birmənalıdır ki, demokratik ölkələrin əsas diqqət yetirdiyi məsələ, prinsip fikir, söz, məlumat və ifadə azadlığıdır. Hər bir demokratik cəmiyyət özünü bu prinsipə sadiq qalıb-qalmaması ilə sübut edir, təsdiqləyir. Düzdür, istər-istəməz belə bir sual ortaya çıxır ki, demokratiya yolunu tutmuş, bu istiqamətdə irəliləyın, hətta yeri gələndə bir sıra ölkələrə demokratiya dərsi keçməyə çalışan ölkələr necə ola bilər ki, gündəlik həyatlarında qeyd etdiyimiz prinsipə, fikir, söz, məlumat və ifadə azadlığına diqqət etməsin, və ya bu prinsipi kobud şəkildə pozsunlar. Amma mövcud reallığa, bir sıra ölkələrin atmış olduğu addımlar, tətbiq etdiyi qayda və normalara diqqət etdikdə aydın olur ki, əslində bəzi ölkələrdə qeyd etdiyimiz prinsiplər gözdən pərdə asmaq mahiyyəti daşıyır. Bir çox hallarda isə bu prinsioəplərdən digər ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Örnək kimi bir neçə nümunə də göstərmək mümkündür. Məsələn. Fransa. Bu ölkə günümüzdə Avropanın demokratik cəhətdən ən inkişaf etmiş ölkələrindən sayılır. Eyni zamanda Avropanın ən nüfuzlu siyasi institutlarından sayılan Avropa Şurası, onun Parlament Assambleyası Fransanın Strasburq şəhərində yerləşir.Elə bu səbəbdən bir sıra hallarda Fransa hətta Avropanın siyasi mərkəzlərindən biri kimi tanınır. Yeri gəldi-gəlmədi daha çox Azərbaycan olmaqla müstəqil siyasət yolunu tutmuş ölkələrə qarşı əsassız ittihamlar irəli sürülür, qərəzli yanaşma ortaya qoyulur, qeyri-obyektiv mövqe sərgilənir. Azərbaycan başds olmaqla bu kimi ölkələrdə fikir, söz, məlumat və ifadə azadlığı ən yüksək səviyyədə təmin olunduğu halda, bunun tamamilə əksi iddia olunur, ölkəmizdə fikir, söz, məlumat və ifadə azadlığının kobud şəkildə pozulduğu absurd şəkildə iddia edilir. İndi gəlin Avropanın siyasi mərkəzi kimi tanınan Fransanın özündə fikir, söz, məlumat və ifadə azadlığına necə riayət edildiyi, onun hansı formada tətbiq edildiyinə diqqət yetirək. Dərin təhlil aparmadan, ciddi araşdırmalara varmadan tam qətiyyətlə və mübaliğəsiz deyə bilərik ki, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı Avropanın siyasi mərkəzlərindən biri kimi tanınan Fransadan daha yaxşı təmin olunur. Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığına daha ciddi şəkildə önəm veilir. Bunu təsdiqləmək, isbatlamaq üçün təkcə bir fakta diqqət yetirmək kifayətdir. Belə ki, bir neçə il əvvəl Fransada qondarma erməni soyqırımı ilə bağlı məsələ yenidən gündəmə gəldi. Daha doğrusu bu qondarma soyqırımı vaxtı ilə tanıyan Avropanın bu "demokratik" ölkəsi bu dəfə sözügedən "soyqırımı" inkar edənlərə qarşı cəzanı nəzərdə tutan qanun layihəsini Senatda müzakirəyə çıxardı. Olduqca absurd idi. Qondarma erməni soyqırımını tanımayan, onu haqlı olaraq inkar edənlər cəzalandırılacaqdı. Bu açıq şəkildə "Avropanın siyasi mərkəzləri"ndən birində fikir, söz və məlumat, ifadə azadlığının kobud şəkildə pozulması, bu prinsipin ayaqlar altına atılması demək idi. Yəni, Fransa vətəndaşı öz fikrini, mövqeyini açıq, müstəqil şəkildə ifadə edə bilmirdi artıq. Bu təkcə fikir, söz, məlumat və ifadə azadlığının kobud şəkildə pozulması deyildi. Bu eyni zamanda bir sıra ölkələrə demokratiya dərsi keçən, özünü demokratiya carçısı kimi təqdim edən bir ölkənin demokratiyanı ayaqlar altına atması, tapdalaması demək idi. Özü də bu hal o ölkədə baş verirdi ki, həmin ölkə müntəzəm olaraq Azərbaycanı fikir, söz, məlumat və ifadə azadlığını pozmaqda ittiham edirdi. Ancaq Fransa ilə müqayisədə Azərbaycandakı fikir, söz, ifadə və məlumat azadlığının durumuna, vəziyyətinə nəzər yetirdikdə tamam fərqli bir mənzərənin şahidinə çevrilirik. Ümumiyyətlə, bu gün Azərbaycanda bu sahədə mövcud olan vəziyyət Avropanın istənilən ölkəsi, hətta dünyaya demokratiya dərsi keçməyə çalışan ölkələrdəki mövcud vəziyyətdən qat-qat yaxşıdır, yüksək səviyyədədir. Bu gün ölkəmizdə yüzlərlə yazılı və elektron kütləvi informasiya vasitələrinin fəaliyyət göstərməsi, onlara müntəzəm olaraq dövlət tərəfindən yardımların ayrılması, Milli Mətbuatın yubileyləri ərəfəsində ölkənin media cameəsinin mükafatlandırılması, onların fəxri adlarla təltif edilməsi, eləcə də bu kimi kifayət qədər misallar Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığına nə qədər böyük dəyər verildiyinin əyani sübutudur. Maraqlı məqam, və sevindirici amil ondan ibarətdir ki, bu diqqət və qayğı, mətbuat, ölkənin kütləvi informasiya vasitələrinə yaradılan şərait ildən-ilə daha da artır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 2018-ci ilin dövlət büdcəsindən nəzərdə tutulan vəsaitin artırılması da öz növbəsində bunun məntiqi təsdiqidir.
Bu gün Azərbaycanda ölkənin birinci şəxsi, cənab Prezident İlham Əliyev şəxsən kütləvi informasiya vasitələrinə, onların təmsilçilərinə böyük diqqət və qayğı, xüsusi həssaslıqla yanaşır. Dövlət başçısı kütləvi informasiya vasitələrinin nümayəndələrini özünün ən yaxın silahdaşı, ətrafı hesab edir. Elə cari ilin iyul ayında jurnalistlər üçün tikilib istifadəyə verilən ikinci hündürmərtəbəli yaşayış binasının açılış mərasimi zamanı da Cənab Prezident bu fikir açıq şəkildə ifadə etdi. Prezident İlham Əliyev bildirdi ki, jurnalistlər özləri də bilmədən dövlət başçısının ən yaxın köməkçilərinə çevrilirlər. Ölkənin birinci şəxsinin açıq şəkildə jurnalistləri özünün köməkçisi hesab etməsi Azərbaycanda media, KİV-ə, onun təmsilçilərinə verilən ən yüksək dəyərin göstəricisi idi. Bu həm də ölkəmizdə fikir, söz, ifadə və məlumat azadlığına verilən qiymət, onun inkişafına olan diqqətin nümunəsi idi.
Sevindirici məqam ondan ibarətdir ki, Azərbaycanda bu sahədə mövcud olan vəziyyət beynəlxalq təşkilat və qurumlar, ayrı-ayrı siyasi ekspertlər, həmçinin Avropanın siyasi təsisatları tərəfindən də açıq şəkildə etiraf edilir. Bu günlərdə Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilən NATO Parlament Assambleyasının 96-cı Rouz-Rout seminarında da bu fikir bir daha təsdiqini tapıb. Belə ki, ATƏT-in media azadlığı üzrə keçmiş xüsusi nümayəndəsi, beynəlxalq media va insan haqqları üzrə ekspert Dunya Miyatoviç seminarda "Qərbi Balkanlarda azad medianın çağırışları" adlı təqdimatla çıxış edib. Sabiq xüsusi nümayəndə qeyd edib ki, keçid dövrü yaşayan ölkələrdə, keçmiş sovet respublikalarında, inkişaf etməkdə olan ölkələrdə, xüsusilə də Qərbi Balkanlarda azad media və insan haqqları sahəsindəki durum, problemlər, narahatlıqlar və çağırışlar haqqında ətraflı məlumat verib. Dunya Miyatoviç bəzi ölkələrdəki mürəkkəb vəziyyətə toxunub, media azadlığı və insan haqqlarına görə bu ölkələrdə hökümətlərin fəaliyyətini və onların bu sahədə həyata keçirdiyi siyasəti tənqid edib. Sonra müzakirələr başlayıb. Tənqid olunan ölkələrin təmsilçiləri bu problemlərin keçid dövründən qaynaqlandığını, hələ də totalitar rejimin, sovet ideologiyasının təsiri ilə izah etməyə çalışıblar. Dunya Miyatoviç onlara cavabında deyib ki, totalitar rejimdə yaşamış və hazırda inkişaf etməkdə olan ölkələrdə və cəmiyyətlərdə belə problemlərin olduğunu anlamaq olar. Amma həmin ölkələrdə hökümətin və dövlətin yüksək vəzifəli rəsmilərinin media azadlığını və insan haqqlarını çox ciddi formada məhdudlaşdırılmasındakı rolu qəbulolunmazdı. O, qeyd edib ki, bu ölkələrdə səfərdə olarkən hətta müxtəlif bəhanələrlə onun monitorinq aparmağına məhdudiyyətlər yaradırdılar. Bəzi ölkələrdə hökümət rəsmiləri onunla görüşməmək üçün bəhanələr uyduraraq problemlərdən yayınmağa çalışıblar.
ATƏT-in keçmiş xüsusi nümayəndəsi Azərbaycan barədə də fikirlərini bölüşüb. O, deyib ki, Azərbaycanda monitorinq apararkən bu məsələ ilə bağlı hökümət rəsmiləri ilə çox asanlıqla görüşərək müzakirələr apara bilib. Dunya Miyatoviç deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev azad medianın bügünkü vəziyyətinə və insan haqqları ilə bağlı problemlərə diqqətlə yanaşırdı: "Bunun sayəsində biz Azərbaycanda hətta həbsxanalarda heç bir məhdudiyyət olmadan monitorinq aparırdıq. Bakıda olarkən Prezidentin İctimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla da çox rahat şəkildə görüşə və Azərbaycanda mətbuat azadlığının durumunu və problemlərini müzakirə edə bilirdik. Bununla gördük ki, həqiqətən də, Azərbaycan rəhbərliyi, hökümət rəsmiləri media azadlığına və insan haqqlarına həssaslıqla yanaşırlar".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir