Fransız dilini öyrənmək istəyənlər üçün xüsusi imkan

Noyabrın 13-də Azərbaycan Dillər Universitetində SABAH qruplarında fransız dilinin tədrisi ilə bağlı təqdimat keçirilib. Olaylar.az bildirir ki, Fransa səfirliyinin nəzdində fəaliyyət göstərən Fransa Mədəniyyət Mərkəzinin nümayəndəsi Leyla Əliyeva təmsil etdiyi mərkəzin fəaliyyəti haqqında məlumat verib. O, mərkəzin səfirliklə birgə SABAH tələbələri üçün xüsusi dil kursları təklif etdiyini bildirib. Kurslar Azərbaycan Fransız İnstitutunda keçiriləcək və bir sessiya adətən 3 ay davam edəcək. Mərkəzdə həmçinin böyük kitabxana fəaliyyət göstərir, beynəlxalq imtahanlar vermək üçün imkanlar mövcuddur.

Daha sonra Campus France Agentliyinin Azərbaycandakı nümayəndəsi Maureen Raab agentliyin fəaliyyəti, əsas vəzifə və məqsədlərindən söz açıb. Fransa və Azərbaycan münasibətlərini daha da inkişaf etdirmək istədiklərini qeyd edən M.Raab bu məqsədlə irəli sürdüyü "Avropa könüllülük xidməti" layihəsinin üstünlüklərindən bəhs edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31