Dünya şöhrətli müğənninin BOŞANMA SƏNƏDLƏRİ ÜZƏ ÇIXDI
13 Noyabr 2017 16:23 DünyaMəşhur müğənni Elvis Preslinin boşanma sənədləri hərraca çıxarılacaq. Olaylar.az bildirir ki, şənbə günü məşhur müğənninin həyat yoldaşı Priscilla Presli ilə olan razılaşmalı boşanma sənədləri İngiltərədə bir auksion mərkəzində satışa çıxarılacaq. 1972 - ci il 15 avqust tarixindəki sənədlərədə razılaşmalı boşanmanın bütün detalları ictimaiyyətə məlum olub. Sənədə əsasən Elvis Presli həyat yoldaşına 1971- ci ilə məxsus Merdeces Benz, 1969 - cu ilə məxsus Cadillac Eldorado avtomobili ilə yanaşı 1971- ci il istehsalı olan Harley Davidson motoskletini verməklə bərabər 100 bin dollar da ödəməli idi.
Bundan əlavə Priscilla Presli Beverly Hills, Los - Ancels ve Koliforniyadakı üç evdən əldə olunan kiralardan yarısına sahib olma hüququ olub.
Qeyd edək ki, mütəxəsislər 12 səhifəlik boşanma sənədinin 32 min dollar civarında satılacağını bildirirlər.