Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində cənub bölgəsində

Nəsimi rayonun IX-XI sinif şagirdləri və onların müəllimləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində cənub bölgəsinə səfər ediblər. Rayon İcra Hakimiyyətindən “Olaylar”a verilən məlumata görə, tur-aksiya iştirakçıları səyahətlərinə Lənkəran rayonundan başlayıblar. Məktəblilər Lənkəran, Astara və Masallının tarixi abidələri, sosial-iqtisadi həyatı və səfalı məkanları ilə tanış olublar.Tur-aksiyanın iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Nəsimi rayonun IX-XI sinif şagirdləri və onların müəllimləri "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində cənub bölgəsinə səfər ediblər. Rayon İcra Hakimiyyətindən "Olaylar"a verilən məlumata görə, tur-aksiya iştirakçıları səyahətlərinə Lənkəran rayonundan başlayıblar. Məktəblilər Lənkəran, Astara və Masallının tarixi abidələri, sosial-iqtisadi həyatı və səfalı məkanları ilə tanış olublar.Tur-aksiyanın iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar. Sonra tur-aksiyanın iştirakçıları Lənkərandakı "Xanbulan" istirahət mərkəzinə və Hirkan Milli Parkına səyahət ediblər. Məktəblilərə məlumat verilib ki, ümumi sahəsi 21 min 435 hektar olan Hirkan Milli Parkı Azərbaycan Respublikasının cənub-şərqində, Xəzər dənizi sahilində, Lənkəran və Astara inzibati rayonların ərazisində yerləşir. Park 2004-cü il fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılıb. Milli Park Hirkan qoruğunun və qoruğa bitişik meşə fondunun ərazisini əhatə edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında Hirkan Milli Parkı YUNESKO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilməsi üçün qeydiyyata alınıb. Məktəblilər Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə də yaxından tanış olublar. Lənkəran şəhərindəki "Qoşa Qala qapıları", "Mayak" binası, "Dairəvi Qala", Bayraq Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Daha sonra tur-aksiyanın iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun möhtəşəm abidəsini ziyarət edib, qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Məktəblilər Astara rayonunda Heydər Əliyev Mərkəzində, "Gənclər evi"ndə, Xəzər dənizi sahilində 8 hektar ərazidə salınmış park-bulvar kompleksində, "Yanar bulaq"da və "Astaraçay" MMC-nin çay fabrikində, Masallı rayonunda Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Tarix-Diyarşünaslıq Muzeyində, Uşaq İncəsənət Məktəbində, Dövlət Rəmzləri Muzeyində, Olimpiya İdman Kompleksində, "ASAN həyat" kompleksində və Viləşçay su anbarında olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31