Gündəm
2013-dən 2018-ə... SİYASİ RAKURS
Hələ ötən prezident seçkilərinə bir müddət qalmış – 2013-cü ilin iyulunda ABŞ-ın Helsinki Komissiyası tərəfindən Azərbaycana dair brifinqdə azad cəmiyyət quruculuğu, insan hüquqlarının qorunması sahəsində görülən işlər barədə fikir mübadiləsi aparılarkən qeyd olunmuşdu ki, Azərbaycanda beş minə yaxın KİV qeydiyyatdan keçib, əhali internet saytlarından sərbəst və məhdudiyyətsiz şəkildə faydalanır və o cümlədən, ölkədə insan kapitalının inkişafına daha çox diqqət yetirilir və bütün bunlar danılmaz faktlara əsaslanır. Məhz həmin seçkilərdən öncə, Amerikanın Helsinki Komissiyası kimi nüfuzlu qurumu tərəfindən bu reallıqların vurğulanması hazırda da hakimiyyətə can atan o zamankı və indiki ənənəvi, radikal və dağıdıcı müxalifəti ciddi şəkildə narahat etmişdi.
“Mühüm məsələlər qeyri-rəsmi görüşlərdə müzakirə olunur”
"Azərbaycan Respublikasının çoxtəfəli formatda əməkdaşlıq etdiyi platformalardan biri, təcavüzkar Ermənistan istisna olmaqla, Müstəqil Dövlətlər Birliyidir”. Bunu millət vəkili Musa Qasımlı deyib.
Respublikamızın 57 rayon və şəhərində Əmək yarmarkaları keçirilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan aktiv məşğulluq tədbirlərindən biri də işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təminatında mühüm rol oynayan Əmək yarmarkalarıdır. 2017-ci ildə də Dövlət Məşğulluq Xidməti tərəfindən respublikamızın 57 rayon və şəhərində Əmək yarmarkaları təşkil olunub.
Dini Komitə və Mətbuat Şurası yazı müsabiqəsinin qaliblərini mükafatlandırdı
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və Bakı şəhəri Məşədi Dadaş məscidi dini icmasının birgə təşkilatçılığı ilə tərəfindən "Söz azadlığı və dini icmalar" mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda media, kütləvi informasiya vasitələri ilə dini icmalar arasında sıx əlaqələrin olduğunu söyləyib.
"Transferə 300 milyon avro bəs deyil"
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 20-ci turunda "Bernli" ilə matçdan (2:2) sonra transferlərə ödənilən pullarla bağlı açıqlama verib.
Anqola ilk süni peykini "itirib"
Baykonur kosmodromundan buraxılmış Anqolanın ilk süni peyki ilə əlaqə itirilib. Məlumata görə, “AngoSat-1” peyki ötən gecə fəzaya buraxılıb. Məlumata görə, uçuşun ilk mərhələsində peyklə əlaqə mövcud olsa da, sonradan informasiyanın ötürülməsi dayanıb. Hazırda bununla bağlı araşdırmalar aparılır.
Yeni cəbhə açılır - Lavrovdan BƏYANAT
“Ən-Nüsra” Cəbhəsinin dağıdılması İŞİD-ə həlledici zərbədən sonra Suriyada terrorçuluğa qarşı əsas məsələdir. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Suriya sabah” müxalifət hərəkatının lideri Əhməd Carboyla görüşdə deyib.
Putin prezident seçkilərində iştirak etmək üçün sənədlərini MSK-ya təqdim edib
Rusiya prezidenti Vladimir Putinprezident seçkilərində iştirak etmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Məlumata görə, V. Putinin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Tbilisinin qəsəbəsində küçələrdən birinə Rəşid Behbudovun adı verilib
Bu il Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığında yerləşən Poniçala (Soğanlıq) qəsəbəsinin küçələrindən birinə Rəşid Behbudovun adı verilib. Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, bu barədə qərar Tbilisi sakrebulosu (şəhər bələdiyyə şurası) tərəfindən 25 iyul 2017-ci il tarixində qərar qəbul olunub.
Rusiya Türkiyəyə 2.5 milyard dollar dəyərində S-400 satacaq
Rusiya ilə Türkiyə arasında əldə olunmuş razılığa əsasən, Rusiya Türkiyəyə 2.5 milyard dollar dəyərində S-400 hava müdafiə sistemləri satacaq. Məlumata görə, bunu Rostec rəhbəri Sergey Çemezov deyib.
Rusiya müşahidə təyyarələri barəsində ABŞ-a cavab verəcək
Rusiya 2018-ci il 1 yanvar tarixindən etibarən amerikalı müşahidə təyyarələrinin istifadə etdiyi hava limanlarının sayını azaldacaq. Bu haqda hərbi diplomatik mənbələr məlumat verib. Məlumatda bildirilir ki, belə bir addım ABŞ-ın Rusiyaya qarşı həyata keçirtdiyi tədbirlərə güzgü cavabı rolunu oynayır.
Görkəmli azərbaycanlıların adını daşıyan Tbilisi küçələri: Bu küçələrin əksəriyyətinin adı yalnız xəritədə mövcuddur - ARAŞDIRMA
Tbilisi meri Kaxa Kaladze yaxın gələcəkdə şəhərin küçələrinin adlarını bildirən köhnə lövhələrin vahid standart əsasda hazırlanacaq yeniləri ilə əvəz olunacağını açıqlayıb. O bildirib ki, yeni dizaynlı lövhələrin hazırlanması ilə bağlı işlərə artıq başlanılıb. Gürcüstan paytaxtında görkəmli azərbaycanlıların adlarını daşıyan küçələrin olmasını nəzərə alsaq, bu açıqlamanı Azərbaycan cəmiyyəti üçün də xoş xəbər hesab etmək olar. Lakin araşdırma zamanı məlum olub ki, həmin küçələrin çoxu Azərbaycanın tanınmış şəxsiyyətlərinin adlarını real deyil, yalnız Tbilisinin xəritəsində “daşıyır”.
Mübariz Qurbanlı: “Bizim dini icmalara yardım etməyimizdə hər hansı qanun pozuntusu yoxdur”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsində Dövlət Komitəsinin dini qurumlara maddi yardım göstərmək səlahiyyətinin olmadığı, bununla bağlı Əsasnaməyə dəyişikliyin nəzərdə tutulub-tutulmadığına aydınlıq gətirilib. Məlumata görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, dövlətin dini himayə etməsi birbaşa qadağa deyil.
İranın müdafiə naziri tərəfləri Qarabağ üzrə danışıqları davam etdirməyə çağırdı
İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi Ermənistanın Tehrandakı səfiri Artaşes Tumanyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişə ilə bağlı vəziyyəti müzakirə edib.
“2019-cu il Dağlıq Qarabağda real müharibə ili ola bilər”
Bəzi ekspertlər gələn il Dağlıq Qarabağda eskalasiyanın olacağını proqnozlaşdırır. Lakin bir qrup ekspert 2018-ci ilin seçki ili olduğunu əsas gətirərək hərbi əməliyyatların olmayacağını düşünür. Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Rasim Musabəyov növbəti ilin münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar ili olacağını düşür.














