Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp

ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyanın enerji obyektlərinə zərbələr endirməmək barədə razılığa gəldiyini bildirib.

O, bu barədə "Truth Social" sosial şəbəkə platformasında paylaşımında qeyd edib:

"Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb. Rusiya da eyni addımı atmağa razılaşıb! Dünyada dizelin qiymətinin artmasına əsasən İran deyil, Rusiya-Ukrayna müharibəsi səbəb olur", - deyə o paylaşımında qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31