“Mühüm məsələlər qeyri-rəsmi görüşlərdə müzakirə olunur”
"Azərbaycan Respublikasının çoxtəfəli formatda əməkdaşlıq etdiyi platformalardan biri, təcavüzkar Ermənistan istisna olmaqla, Müstəqil Dövlətlər Birliyidir”. Bunu millət vəkili Musa Qasımlı deyib.
27 Dekabr 2017 15:19 Sosial"Azərbaycan Respublikasının çoxtəfəli formatda əməkdaşlıq etdiyi platformalardan biri, təcavüzkar Ermənistan istisna olmaqla, Müstəqil Dövlətlər Birliyidir". Bunu millət vəkili Musa Qasımlı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin MDB iştirakçısı olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirakı heç şübhəsiz, əhəmiyyətlidir: "Bu ölkələrin dövlət baçılarının müzakirə edəcəyi və həlli vacib olan məsələlər çoxdur. Bir qayda olaraq ən mühüm məsələlər qeyri-rəsmi görüşlərdə müzakirə olunur və həllinə dair qərarlar isə rəsmi görüşlərdə qəbul edilir". Sia.az