Bakının bir sıra küçələrində qaz təchizatı müvəqqəti dayandırılacaq

Sentyabrın 15-də Bakının Yasamal rayonunda bir sıra küçələrdə qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə Azəriqaz İB məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək M. İbrahimov, L. Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli və T. Xəlilbəyli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31