“2019-cu il Dağlıq Qarabağda real müharibə ili ola bilər”
Bəzi ekspertlər gələn il Dağlıq Qarabağda eskalasiyanın olacağını proqnozlaşdırır. Lakin bir qrup ekspert 2018-ci ilin seçki ili olduğunu əsas gətirərək hərbi əməliyyatların olmayacağını düşünür. Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Rasim Musabəyov növbəti ilin münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar ili olacağını düşür.
27 Dekabr 2017 14:42 SiyasətBəzi ekspertlər gələn il Dağlıq Qarabağda eskalasiyanın olacağını proqnozlaşdırır. Lakin bir qrup ekspert 2018-ci ilin seçki ili olduğunu əsas gətirərək hərbi əməliyyatların olmayacağını düşünür. Məsələ ilə bağlı verən Milli Məclisin deputatı Rasim Musabəyov növbəti ilin münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar ili olacağını düşür.
Deputat qeyd edib ki, Ermənistanda prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçid edildiyi üçün gələn il Serj Sariksyan böyük ehtimalla prezident kürsüsündən gedib baş nazir kürsüsündə əyləşəcək.
R. Musabəyov əlavə edib ki, Azərbaycan və Rusiyada prezident seçkiləri keçiriləcək: "Adətən prezident seçkiləri dövründə müharibə ehtimalından uzaq olmağa çalışırlar. Hesab edirəm ki, 2018-ci il Dağlıq Qarabağ münaqişəsi üçün intensiv danışıqlar ili olacaq".
Deputatın fikrincə, danışıqların nəticə verib verməyəcəyini öncədən demək çətindir: "Mən düşünürəm ki, gələn il müharibənin baş verməsi ehtimalı azalacaq. Danışıqlar nəticə verməzsə, 2019-cu il real müharibə ili ola bilər. Belə risk var və danışıqlar nəticəsiz qalsa bu risk artacaq". Azadinform.az