Dini Komitə və Mətbuat Şurası yazı müsabiqəsinin qaliblərini mükafatlandırdı

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və Bakı şəhəri Məşədi Dadaş məscidi dini icmasının birgə təşkilatçılığı ilə tərəfindən "Söz azadlığı və dini icmalar" mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda media, kütləvi informasiya vasitələri ilə dini icmalar arasında sıx əlaqələrin olduğunu söyləyib.

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və Bakı şəhəri Məşədi Dadaş məscidi dini icmasının birgə təşkilatçılığı ilə tərəfindən "Söz azadlığı və dini icmalar" mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda media, kütləvi informasiya vasitələri ilə dini icmalar arasında sıx əlaqələrin olduğunu söyləyib. Bu əməkdaşlıq və əlaqələrin bariz nümunəsi olaraq jurnalistlər üçün dini maarifləndirmə sahəsində bir neçə seminarın keçirildiyini söyləyən Komitə sədri bu kimi maariflədnrimə tədbirlərinin rəhbərlik etdiyi qurum, Qafqaz Müsəlmanları İdarəsi və Mətbuat Şurası ilə birlikdə 2018-ci ildə də davam edəcəyini vurğulayıb. Azərbaycanda söz və mətbuat azadlığının yüksək səviyyədə olduğuna diqqət çəkən komitə sədri onu da deyib ki, dini mövzuda yazan jurnalistlər, media nümayəndələri ilə mütəmadi şəkildə görüşlər keçirilməlidir. Mübariz Qurbanlı onu da deyib ki, Azərbaycandakı din-dövlət modelinin təbliğinə ehtiyac var: "Bu gün İslam dünyasında din və cəmiyyət mövzusu aktualdır. Təəssüflər olsun ki, günümüzdə din pərdəsi adı altında müxtəlif ölkələrdə xaos və anarxiya yaradılır, terror aktları həyata keçirilir.Mübariz Qurbanlı medianın din mövzusunda senssasiya arxasınca qaçmaq kimi fəaliyyətlərini də tənqid edib və bildirib ki, dini mövzuda mətbuatın senssasiya arxasınca qaçması Allaha qarşı çıxmaq kimi bir şeydir.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki. din və KİV, media hər zaman aktual olan məsələdir. Azərbaycan mediası, mətbuatının hər zamanda din adı altında təqdim edilən cəhalət və mövhumata qarşı olduğunu deyən Mətbuat Şurasının sədri hələ XIX əsrin 70-80-cı illərindən buna rast gəlindiyini qeyd edib. Bildirib ki, Azərbaycan Milli Mətbuatının əsasını qoyan Həsən bəy Zərdabi, eləcə də digər mütəfəkkirlərimiz hələ o zaman cəhalətə, mövhumata qarşı mübarizə aparıb. Əflatun Amaşov deyib ki, media bu gün də cəhalətə qarşı mübarizə aparırı və gələcəkdə də bu kimi hallar olacağı təqdirdi eyni mübarizə davam edəcək. Mətbuat Şuraslnın sədri din sahəsindən yazan jurnalistlərin peşəkarlığının artırılmasını da zəruri sayıb. Bildirib ki, hər redaksiyada ən azı 2-3 nəfər jurnalist bu sahədə ixtisaslaşmalıdır. Eyni zamanda hər bir insan öz dininin, həmçinin digər dinlərin tarixini bilməlidir. Daha sonra Dini Komitənin xidmətinin rəhbəri Yaqut Əliyeva "Din və informasiya təhlükəsizliyi" mövzusunda çıxış edib. Bildirib ki, ölkədə dini sahədə maarifləndirmə əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və digər müvafiq qurumlar tərəfindən həyata keçirilir. Dini qurumlarının fəaliyyətinin cəmiyyətə təqdim olunmasında medianın, kütləvi informasiya vasitələrinin rolunun böyük olduğunu deyən Yaqut Əliyeva deyib ki, dini qurumlarla bağlı təqdim edilən materiallar, məlumatlar kifayət qədər dəqiqləşdirilməlidir.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı müzakirə edilən mövzunun günümüz üçün aktual olduğunu deyib. Təmsil etdiyi qurumun fəaliyyətində dövlətçilik prinsipinin əsas götürüldüyünü deyən QMİ rəsmisi qeyd edib ki, dini sahədə maarifləndirmə işlərinin həyata keçirilməsinə sözügedən idarə də öz dəstəyini verir, bu istiqamətdə işlər görür. Qəmərxanım Cavadlı həmçinin ali və orta ümumtəhsil müəssisələrində dini bilikləri ehtiva edən dərslərin keçirilməsini də məqsəduyğun hesab edib. Medianın bu sahədəki fəaliyyətinə də toxunan QMİ rəsmisi təəssüf hissi ilə qeyd edib ki, bəzi media qurumları dini sahədə qarşıdurmanın qızışdırılmasına xidmət edir.

Daha sonra çıxış edən QMİ-nin aparat rəhbəri Simran Həsənov, Məşədi Dadaş Məscidi dini icmasının rəhbəri Hacı Şahin Həsənli müsabiqəyə təqdim edilən yazıların statistikası, yazılarda diqqət çəkən məqamlar barədə danışıblar. Hacı Şahin Həsənli xüsusi olaraq qeyd edib ki, bu gün din-dövlət münasibətlərindəki Azərbaycan modeli beynəlxalq aləmdə öyrənilir və bu nüansa müsabiqəyə təqdim edilən yazılarda da diqqət yetirilib. Hacı Şahin Həsənli də bəzi media qurumlarının dini senssasiya arxasınca qaçdığını və bunun bir növ Allaha qarşı çıxmaq olduğunu söyləyib. Çıxışlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və Bakı şəhəri Məşədi Dadaş məscidi dini icmasının birgə keçirdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.. Sonda qalibləri təbrik edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı KİV nümayəndələrini təbrik edib və növbəti il də Dini Komitənin digər iki təşkilatçı ilə birlikdə yazı müsabiqəsi keçirəcəyini diqqətə çatdırıb. Bildirib ki, bu dəfəki yazı müsabiqəsi ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərin inkişaf etdiriılməsindəki xidmətlərinə həsr olunacaq.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31