Gündəm
Avstriyanın baş naziri: "Ölkəmdə siyasi islama yer yoxdur"
Avstriyanın gənc baş naziri Sebastian Kurz bir alman qəzetinə verdiyi müsahibəsində ölkəsində İslamın 1992-ci ildən bəri mövcud olduğunu, ancaq Avstriyada siyasi islama icazə verməyəcəklərini söyləyib. Sebastian Kurz deyib ki, Avstriyada İslam rəsmi tanınan dinlərdən biridir və onun sözlərinə görə bu, belə də davam edəcək, ancaq "Ölkəmdə siyasi islama yer yoxdur", baş nazir əlavə edib.
"Əksər hotellərdə bayram günlərinə boş yer qalmayıb"
Tələbat Azərbaycanda turizm infrastrukturunun genişləndirilməsi və yeni otellərin tikilməsini diqtə edir. Bunu nazir Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında deyib. Onun sözlərinə görə, artıq Yeni il ilə bağlı hotellərin əksəriyyətində yer qalmayıb: "Azərbaycan vətəndaşlarının əksəriyyəti bayramı ölkədə keçirməyi qərara alıb. Bunun üçün də yerlərdə konsert proqramları və əyləncələrin təşkilinə xüsusi önəm verilir".
Azərbaycan idmançılarında dopinq aşkarlanan növlər açıqlandı
2017-ci ildə velosiped və bodibildinq üzrə hərəyə 3, həndbol və atletika üzrə hərəyə 2, ağırlıqqaldırma üzrə 1 dopinq-test müsbət nəticə verib. Bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoruŞəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Miras vərəsəyə hansı qaydada ötürülür?
Son vaxtlar vətəndaşlar əmlak münasibətləri, xüsuslə əmlakın bölüşdürülməsi məsələlərində hüquqi baxımdan bir çox problemlərlə qarşılaşırlar. Buna səbəb, bəzən insanların qanundan xəbərsiz olmalarıdır. Son dövrlər isə əmlak mübahisələrilə bağlı məhkəmələrin sayının artımı müşahidə olunur.
Bank sektorunu xilas etmək mümkün olmayacaq
Bir neçə il əvvəl dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra maliyyə bazarlarında yaşanan xoşagəlməz olaylar Azərbaycandan da yan keçmədi. Yaranmış yeni vəziyyətə tab gətirməyən bir sıra banklar fəaliyyətini dayandırdı, onların lisenziyası ləğv edildi.
Sərnişindaşımada qiymət problemi
Son illərdə müsbət dəyişikliklərin baş verdiyi sahələrdən biri də nəqliyyat sektorudur. Daha doğrusu paytaxtın nəqliyyat probleminin həlli istiqamətində atılan məqsədyönlü addımlar və görülən işlər. Hər şey Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinpaytaxt nəqliyyatının daha səmərəli idarə edilməsi məqsədilə,imzaladığı fərmanla başladı. Belə ki, dövlət başçısının imzaladığı fərman əsasında paytaxt nəqliyyatının daha səmərəli idarə edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi yaradıldı.
HR üzrə ekspert “The Best of Azerbaijan” mükafatına layiq görüldü
HR (İnsan resursları) üzrə ekspert, kouç, təlimçi Çimnaz Qasımova “E Media Group” tərəfindən “The Best of Azerbaijan” mükafatına layiq görülüb. “OLAYLAR” xəbər verir ki, “E Media Group” tərəfindən bu mükafata layiq görülənlərə mükafatların təqdimetmə mərasimi keçirilib. The Best of Azerbaijan” mükafatını alanlardan biri də Ç.Qasımova olub. Ç.Qasımova layiq görüldüyü mükafatla bağlı məlumat verərkən bildirib ki, mükafat ona indiyədək gənclərin maarifləndirilməsi, menecmentlik, liderlik sahələrində bilik və vərdişlərinin artırılması, həmçinin indiyədək HR (İnsan resursları) sahəsində əldə etdiyi nailiyyətlər, qazandığı təcrübənin gənclərlə bölüşülməsinə görə verilib.
Ölkədə sənayeləşmə siyasəti geniş vüsət alır
Azərbaycanda həyata keçirilən davamlı və məqsədyönlü siyasət sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı o səviyyəyə çatıb ki, artıq respublikamızın müsbət reallıqları beynəlxalq səviyyədə də etiraf edilir və yüksək qiymətləndirilir. Nüfuzlu Davos İqtisadi Forumunun bir müddət əvvəl yaydığı “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Eyni zamanda, Dünya Bankının “Doing Business 2018” hesabatında da Azərbaycan yüksək qiymətə layiq görülüb. Belə ki, hesabatda respublikamız əvvəlki 65-ci pillədən 57-ci pilləyə yüksəlib. Azərbaycanın uğurlarını şərtləndirən əsas amil ondan ibarətdir ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə daim gələcək inkişafa və rifaha hesablanan düşünülmüş, məqsədyönlü siyasət həyata keçirilir.
Dövlətin dini himayə etməsi birbaşa qadağa deyil
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsində Dövlət Komitəsinin dini qurumlara maddi yardım göstərmək səlahiyyətinin olmadığı, bununla bağlı Əsasnaməyə dəyişikliyin nəzərdə tutulub-tutulmadığına aydınlıq gətirilib. “OLAYLAR” xəbər verir ki, bununla bağlı açıqlama verən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, dövlətin dini himayə etməsi birbaşa qadağa deyil: “Dövlət din xadimlərinə və dinimizə himəyadırlığı həyata keçirməlidir. Əgər dövlət dinə, dini icmalara yardım göstərməsə, dini icmaların fəaliyyətində müəyyən problemlər, çətinliklər yarana bilər. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə cəmi 17 məscid vardı. Bu gün Azərbaycanda 2240-dan çox məscid var. Son illər də tikilən məscidlərin sayı kifayət qədərdir, yüzlərlə məscid tikilib.
Müdafiə naziri cəbhədəki zirehli texnikaların döyüş qabiliyyətini yoxlayıb
Cəbhəboyu zonada səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank bölmələrində olublar. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, zirehli texnikaların döyüş qabiliyyəti və tətbiqi imkanlarını yoxlayan nazirə məruzə olunub ki, silahlanmada olan bütün hərbi texnika döyüşə hazır vəziyyətdədir.
Azərbaycan dinamik inkişafının mühüm mərhələsini yaşayır
Müstəqil Azərbaycan dövləti son on illikdə dünyada baş verən qlobal siyasi, iqtisadi və humanitar kataklizmlərdən alnı açıq çıxmağı bacardı. Üstəlik iqtisadi böhran yaşayan dövlətlərə yardımını əsirgəmədi.
Zəki Mürənin libasını hansı məşhur aktyor geyindi?
Mağazadan 70 min manatlıq siqaret oğurlandı
Təhsil İdarəsi 32 layihənin icrasını başa çatdırıb
Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində dəstəklənən 32 layihənin icrası yekunlaşıb. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 15, fərdi kateqoriya üzrə 17 layihə həyata keçirilib. Sentyabrın 22-dən etibarən 3 ay müddətində icra edilən layihələr çərçivəsində şagirdlərlə müəllimlərin bilik və bacarıqlarının artırılması, innovativ qiymətləndirmə, metodik iş sisteminin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı maarifləndirici tədbir, konfrans, seminar, təlim və yarışlar keçirilib. Həmçinin, istedadlı məktəblilər üzə çıxarılıb, təhsil müəssisələri arasında əməkdaşlıq qurulub, bölgələrə səfərlər təşkil edilib.
Azərbaycanda ictimai-siyasi, dini sabitlik mövcuddur
"Cari il ərzində Azərbaycanda milli-mənəvi dəyərlərin təbliği istiqamətində ciddi tədbirlər görülüb. İslam Həmrəyliyi ili çərçivəsində mühüm işlər həyata keçirilib". “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı səsləndirib. O, bildirib ki, Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsihüquq-mühafizə orqanları ilə birlikdə dini radikalizm, xurafat və ekstremizmə qarşı mübarizə sahəsində hüquqi, ideoloji və iqtisadi müstəvidə tədbirlər həyata keçirib:













