Təhsil İdarəsi 32 layihənin icrasını başa çatdırıb

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində dəstəklənən 32 layihənin icrası yekunlaşıb.  “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 15, fərdi kateqoriya üzrə 17 layihə həyata keçirilib.  Sentyabrın 22-dən etibarən 3 ay müddətində icra edilən layihələr çərçivəsində şagirdlərlə müəllimlərin bilik və bacarıqlarının artırılması, innovativ qiymətləndirmə, metodik iş sisteminin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı maarifləndirici tədbir, konfrans, seminar, təlim və yarışlar keçirilib. Həmçinin, istedadlı məktəblilər üzə çıxarılıb, təhsil müəssisələri arasında əməkdaşlıq qurulub, bölgələrə səfərlər təşkil edilib.

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində dəstəklənən 32 layihənin icrası yekunlaşıb.  "OLAYLAR"-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 15, fərdi kateqoriya üzrə 17 layihə həyata keçirilib.  Sentyabrın 22-dən etibarən 3 ay müddətində icra edilən layihələr çərçivəsində şagirdlərlə müəllimlərin bilik və bacarıqlarının artırılması, innovativ qiymətləndirmə, metodik iş sisteminin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı maarifləndirici tədbir, konfrans, seminar, təlim və yarışlar keçirilib. Həmçinin, istedadlı məktəblilər üzə çıxarılıb, təhsil müəssisələri arasında əməkdaşlıq qurulub, bölgələrə səfərlər təşkil edilib.

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti, innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31