Gündəm
Ağır sənaye və maşınqayırmaya dair yerli istehsal və istehlak tələbatı müzakirə edilib
Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsində maşın, avadanlıq və digər nəqliyyat vasitələri istehsalı üzrə tədbirlərin icrasını təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə müvafiq işçi qrupların görüşü keçirilib. Tədbirdə işçi qruplara üzv olan iri sifarişçi dövlət müəssisələri və yerli istehsalçı müəssisələrin nümayəndələri iştirak edib.
Məşhur holdinqin inzibati binasında YOXLAMA – 11 nəfər həbs edildi
Türkiyə Kocaəli Körfəz prokurorluğu məşhur holdinq rəhbərini həbs edib. Olaylar.az bildirir ki, prokurorluq əməkdaşları Keskin Holdinqin inzibti binasında axtarışlar aparılıblar. Axtarış zamanı holdinqin yanacq qaçaqmalçılığı və 100 milyon lirə dəyərində vergidən yayınma halları müşahidə olunub.
"Könül Xasıyeva 50 dənə ağrıkəsici vurdurmuşdu"
Əməkdar artist Nüşabə Əlsəgərli xalq artisti Könül Xasıyevadan danışıb. Müğənni ad gününə dəvət etdiyi xanəndənin səhhətinin yaxşı olmadığını deyib. Ələsgərli "Bizimləsən" verilişində deyib ki, K.Xasıyeva ağrıkəsicilərlə ayağa qalxır: "Könül Xasıyeva ilə tələbə yoldaşı olmuşuq. Oğlunun ad günündə bir araya gəldik. Daha sonra mənim ad günümə gəldi. Dedi ki, 50 iynə vurdurub gəlmişəm. Ağrıkəsicilər vurdururam. Söylədi ki, dörd gündür yerimdən qalxıb otağımdan bayıra çıxmırdım".
"Aprel hadisələrində ermənilərə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib"
2016-cı ilin aprel hadisələrində erməni tərəfə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib. Bu barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov deyib.
"Dilinə yiyəlik etsin" - Məleykə Əsədova
Xalq artisti Məleykə Əsədova "Bizimləsən" verilişinin qonağı olub. Aktrisa xalq artisti Ramiz Məliklə aralarında yaşanan qalmaqaldan danışıb.
Özünü 3-cü mərtəbədən atmaq istədi
Bakı şəhərinin Nəsimi rayonunda bir nəfər kişi üçmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini bildirib. Fövqəladə Hallar Nazirliyindən (FHN) “Olaylar”a verilən məluata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Nəsimi rayon məktəblərində “Narkomaniyaya YOX deyirik” mövzusunda silsilə tədbirlər keçirilir
Nəsimi rayon İcra Hakimiyyətinin “Narkomanlığa və narkotik vasitələrin qanunusuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası” rayon Polis İdarəsi ilə birlikdə 26 dekabr 2017-ci il tarixdə 1 saylı orta məktəbdə şagirdlərin və qonaqların iştirakı ilə “Narkomaniyaya YOX deyirik” mövzusunda tədbirlər keçirilib.
Nənə və nəvəni maşın vurub
Bakıda nənə və nəvəni avtomobillə vurulub. Məlumata görə, paytaxtın Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Aftandil Paşayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 80 yaşlı Zəhra Bünyatovanı və onun azyaşlı nəvəsini vurub.
210 qutu pirotexniki vasitə saxlanıldı
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-2107" markalı avtomobilə gömrük nəzarəti həyata keçirilib.
Vüsal Qasımlı: “2017-ci il dərin iqtisadi islahatlar və sabitləşmə ili olub”
“2017-ci il dərin iqtisadi islahatlar və sabitləşmə ili olub, artıq böhran arxada qalıb və ölkə iqtisadiyyatı yeni inkişaf tsiklinə qədəm qoyub”. “Olaylar” xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı cari ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
5 yaşlı uşağı vurub qaçan sürücü tutulub
Dekabrın 23-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 5 yaşlı Mehman Əliyev vurulub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, uşaq xəstəxanaya yerləşdirilib.
Sumqayıtda külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının ötən gün narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu qanunazidd əməllə məşğul olan şəxslər məsuliyyətə cəlb olunub.
Göygöldə qətl törədilib
Göygöl rayonunda qətl hadisəsi qeydə alınıb. Məlumata görə, xəbər verir ki, hadisə Göygöl şəhərində qeydə alınıb. Şəhərin Rövşən Nəsibov küçəsində yaşayan 1949-cu il təvəllüdlü Musayev Qəzənfər Müzəffər oğlu bıçaqlanıb.
Avtomobil vuran velosipedçi xəstəxanalıq oldu
Bakıda avtomobil velosipedçini vurub. Məlumata görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, Babək prospektində velosipedlə hərəkətdə olan 1980-ci il təvəllüdlü İbrahimov İsak İsmayıl oğlunu “Lada Priora” markalı avtomobil vurub.
FHN itkin düşən alpinistlər barədə məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi (FHN) alpinistlərin itkin düşməsilə bağlı məlumat açıqlayıb. FHN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 26-da axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb.














