Gündəm
Fondun keçirdiyi müsabiqədə birinci yerə layiq görülmüş jurnalistlər mükafatlandırıldı
Dekabrın 26-da "Xəmsə" İstirahət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və qarşıdakı əlamətdar bayramlara həsr olunmuş tədbir keçirilib.
BMT-nin büdcəsi yüzmilyonlarla dollar azaldı
BMT-nin Baş Assambleyası təşkilatın 2018-2019-cu illər üçün büdcəsini qəbul edib. İki il ərzində BMT-nin illik büdcəsi 5,397 milyard ABŞ dollar təşkil edəcək. Bu rəqəm təşkilatın ötən iki il üçün olan büdcəsindən 286 milyon dollar azdır.
İtkin düşən alpinistlərin birindən XƏBƏR VAR
Qubada itkin düşən “Gilavar” - hava və ekstrim idman klubunun üzvlərindən biri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşıdır. Polis leytenantı Babur Hüseynov daxili işlər orqanında işə qəbul olunmazdan əvvəl də alpinistliklə məşğul olurmuş. O, bir neçə günlüyünə işdən icazə alaraq, səfərə gedib. Bu gün onun daha iki alpinistlə birgə Qubada itkin düşməsi barədə məlumat yayılıb.
Səudiyyə Ərəbistanında saxlanılanlardan 23 nəfər azadlığa buraxıldı
Səudiyyə Ərəbistanında korrupsiya əməliyyatları çərçivəsində 200 nəfər saxlanılmışdı. 7 ulduzlu oteldə saxlanılanlardan 23 nəfəri azadlığa buraxılıb. Səudiyyə Ərəbistanındakı mənbələrdən verilən məlumata əsasən saxlanılanlardan 23 nəfər sərbəst buraxılıb. Azadlığa çıxanların siyahısı hələ açıqlanmayıb.
"Dedi ki, səni videoya çəkərəm" — Aktrisa qonşu kişiylə davasının TƏFƏRRÜATINI AÇIQLADI
"Dünən axşam saat altı radələrində qızımla toya getməyə hazırlaşırdım. Qapı döyüldü, Rafiq adlı qonşu çox sərt şəkildə dedi ki, düş, maşını götür, mənim yerimdə saxlamısan. Bildirdim ki, toya gedirəm, indi düşürəm. Mən aşağı düşən kimi maşına cumdu. Uşaq oturan tərəfdən qapını açıb məni təhqir etməyə başladı".
Tehranda zəlzələ - 56 nəfər yaralandı
İranın paytaxtı Tehrandan 50 km qərbdə 4,2 bal gücündə zəlzələ baş verib. Olaylar.az bildirir ki, yeraltı təkandan həyacanla qaçan 56 nəfər yaralanıb. Zəlzələ zamanı bir nəfər ürək tutmasından həlak olub.
Keçmiş bank işçisinə 10 illik HƏBS TƏLƏBİ
Mənimsəmə və digər cinayətlərdə ittiham olunan bank əməkdaşı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, İlham Qasımovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
DYP-dən arvadını bıçaqlayan yol polisi ilə bağlı AÇIQLAMA
Baş Dövlət Yol Polisi İdarəsi dünən Bərdə rayonunda yol polisi əməkdaşının öz arvadını bıçaqlaması barədə yayılan xəbərə münasibət bildirib.
Koalisiya: Suriya və İraqda minlərlə İŞİD üzvü qalıb
"Suriya və İraq ərazisində İŞİD-in minlərlə üzvü qalıb". Bu barədə “Military.com” saytı ABŞ-ın rəhbərlik edilən koalisiyanın nümayəndəsi Rayan Dillona istinadən məlumat yayıb. O bildirib ki, koalisiyanın fəaliyyəti silahlılar tərəfindən hər hansı həmlə edildiyi halda, onların qarşısının alınmasına yönəlib.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub
Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu üzrə yük daşımalarının təşkili və tranzit potensialının inkişafına dair İşçi Qrupun iclası keçirilib. “OLAYLAR” -a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə Azərbaycan, Rusiya, Belarus və İran dəmir yollarının nümayəndə heyətləri iştirak ediblər. İclasa “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov rəhbərlik edib.
Agent mollalar din adı altında Azərbaycana göndərilir
Ocaq Nejat İranın Azərbaycandakı agentidir. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ilahiyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib ki, beyni yuyulmuş bəzi avam azərbaycanlılar isə onu ilahi bir qüvvə kimi qarşılayırlar: “Məhz belələrinə ağa deyənlər ölkəmizdə olan gənc ilahiyatçıları qaralamaqla məşğuldurlar. Saysız hesabsız maarifləndirici yazılar yazırıq, kitablar nəşr edirik. Bunların təqlibçiləri bizim belə faydalı işlərimizi görməzlikdən gəlirlər.
İslam aləmi öz həllini gözləyən çoxsaylı problemlərlə üz-üzədir
“Bu gün dünyada baş verən məzhəb savaşları, vətəndaş müharibələri nəticəsində sosial-siyasi gərginlik ən yüksək həddə çatıb. Avropa məkanında baş verən dözümsüzlük, ksenofobiya, islamafobiya kimi meyillər radikalizm, ekstremizm kimi qorxulu təzahürlərin meydana gəlməsinə şərait yaradıb.
Rəhim Qazıyev 95 yaşında da təhlükəlidir
“Facebookda Rəhim Qazıyevlə bağlı statuslar gördüm. Belə çıxdı ki, polislə problemi olub. Yazırlar ki, yaşlı adamdır onun nə təhlükəsi var filan. Rəhim Qazıyev 95 yaşında da təhlükəlidir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov səsləndirib.
İşsizliyə görə müavinət 3 dəfə artırılır
Azərbaycanda işsizliyə görə müavinət 3 dəfəyədək artırılacaq.“Olaylar” xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
Ermənistanın müxtəlif strukturlar arasında körpü rolu oynamaq niyyəti puç oldu- Mübariz Əhmədoğlu
“Ermənistanın müxtəlif dövlətlər və qurumlar arasında körpü olmaq ideyası açıq şəkildə rədd edilir”. Bunu deyən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlunun sözlərinə görə, bu istiqamətdə xeyli arqumentlər toplaşıb: “Həmin arqumentləri birbaşa və dolayısı olmaqla iki qrupa ayırmaq olar. Birinci qrup Avropa İttifaqının və Yaponiya təmsilçilərinin mövqeyidir.














