Tehranda zəlzələ - 56 nəfər yaralandı

İranın paytaxtı Tehrandan 50 km qərbdə 4,2 bal gücündə zəlzələ baş verib. Olaylar.az bildirir ki, yeraltı təkandan həyacanla qaçan 56 nəfər yaralanıb. Zəlzələ zamanı bir nəfər ürək tutmasından həlak olub.

Mütəxəssislər yeraltı təkanın dekabrın 20 - də, 5,2 bal gücündə olan zəlzələnin davamı kimi qiymətlənirirlər. Həmin tarixdə baş vermiş zəlzələ zamanı 2 nəfər həlak olmuşdu.

Qeyd edək ki, noyabr ayında İran - İraq sərhəddində baş verən yeraltı təkan zamanı 530 nəfər həlak olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31