Ermənistanın müxtəlif strukturlar arasında körpü rolu oynamaq niyyəti puç oldu- Mübariz Əhmədoğlu
“Ermənistanın müxtəlif dövlətlər və qurumlar arasında körpü olmaq ideyası açıq şəkildə rədd edilir”. Bunu deyən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlunun sözlərinə görə, bu istiqamətdə xeyli arqumentlər toplaşıb: “Həmin arqumentləri birbaşa və dolayısı olmaqla iki qrupa ayırmaq olar. Birinci qrup Avropa İttifaqının və Yaponiya təmsilçilərinin mövqeyidir.
27 Dekabr 2017 12:03 Siyasət"Ermənistanın müxtəlif dövlətlər və qurumlar arasında körpü olmaq ideyası açıq şəkildə rədd edilir". Bunu deyən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlunun sözlərinə görə, bu istiqamətdə xeyli arqumentlər toplaşıb: "Həmin arqumentləri birbaşa və dolayısı olmaqla iki qrupa ayırmaq olar. Birinci qrup Avropa İttifaqının və Yaponiya təmsilçilərinin mövqeyidir. Belə ki, Avropa Konservatorları və İslahatçıları Alyansının baş katibi Daniel Hannan Ermənistanın AİB-lə Aİ arasında körpü rolu olmaq perspektivinin olmadığını bildirib. Çünki Aİ-nin Gömrük İttifaqı buna imkan vermir. Məhz bu səbəbdən də Böyük Britaniya Aİ-nin Gömrük İttifaqından da çıxdığını bildirib. Yaponiyanın Ermənistandakı səfiri Eyci Taquçi də Rusiya ilə əlaqələr qurmaqda Ermənistanın vasitəçiliyinə ehtiyacının olmadığını birmənalı bildirdi. Çünki Yaponiyanın Rusiya bazarına çıxışı birbaşadır. İkinci qrupa isə İranın mövqeyi aiddir. Rəsmi Tehran Ermənistanın AİB-lə İran arasında körpü rolunu oynamasını təkzib etməsə də təsdiqləməyib". Mərkəz rəhbəri əlavə edib ki, İranın hərəkətləri Ermənistanın İranla AİB və RF arasında körpü rolunu sıfıra endirir: "Ənzəli (İran)-Həştərxan (RF) limanları arasında gəmilər vasitəsilə ticarət yüklərinin daşınması prosesi başlanıb və getdikcə intensivləşir. İran Həştərxanda özünə lazım olan infrastrukturu yaratmaq istiqamətində xeyli iş görüb. Ermənistan siyasiləri "Lotos" kompaniyasının fəaliyyəti ilə maraqlansınlar. İran RF-in digər Xəzəryanı regionunda, Dağıstanda da xeyli aktivdir. Ənzəli limanı vasitəsilə İran Qazaxıstanın Xəzərdəki limanlarına da çıxış əldə edə bilər. Ermənistanın iqtisadi müstəqil olmaması İranı ciddi maddi itkilərə məruz qoyub. İran-Ermənistan qaz kəmərinin tikintisini İran öz maliyyəsi ilə başa çatdırsa da rəsmi Yerevan bunu "Qazprom"a hədiyyə etdi. Yaxınlarda İranın 2 milyon dollarlıq qrantı hesabına tikilmiş Mehri və Aqaraq şəhərlərinin qazpaylama şəbəkəsini də Ermənistana "bağışladı". Nəzərə almaq lazımdır ki, İran Ermənistanı özünün tarixi ərazisi hesab edir. Ermənistanın İran mülklərini Rusiyaya bağışlaması İranda xüsusi emosionallıq yaradır".