Koalisiya: Suriya və İraqda minlərlə İŞİD üzvü qalıb

"Suriya və İraq ərazisində İŞİD-in minlərlə üzvü qalıb". Bu barədə “Military.com” saytı ABŞ-ın rəhbərlik edilən koalisiyanın nümayəndəsi Rayan Dillona istinadən məlumat yayıb. O bildirib ki, koalisiyanın fəaliyyəti silahlılar tərəfindən hər hansı həmlə edildiyi halda, onların qarşısının alınmasına yönəlib.

"Suriya və İraq ərazisində İŞİD-in minlərlə üzvü qalıb". Bu barədə "Military.com" saytı ABŞ-ın rəhbərlik edilən koalisiyanın nümayəndəsi Rayan Dillona istinadən məlumat yayıb. O bildirib ki, koalisiyanın fəaliyyəti silahlılar tərəfindən hər hansı həmlə edildiyi halda, onların qarşısının alınmasına yönəlib.

ABŞ prezidentinin İŞİD-lə mübarizə sahəsində digər ölkələrlə əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Brett Makqurq isə bəyan edib ki, Suriyada hərbi əməliyyatlar daha bir neçə ay uzana bilər. O deyib ki, ekstremistlər tam təmizlənənə kimi ABŞ əsgərləri bu ölkədə qalacaq.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31