Gündəm
Peyvəndlərdən imtina halları artıb - Canan Karataydan İDDİA
Məşhur dietoloq Canan Karatay Türkiyə Səhiyyə Nazirliyi İmmiqrasiya Məsləhət Qurumunun İdarə heyəti üzvü və İnfeksiya Xəstəlikləri dərnəyinin sədri Dr. Mehmet Ceyhan tərəfindən məhkəməyə verilib. Olaylar.az bildirir ki, dietoloqun qrip əleyhinə peyvəndlərdə alminium və civə olduğunu, bunlarında gələcəkdə alzheimer xəstəliyinə yol açdığı iddiası onu məhkəməlik edib. Canan Karatay insanları peyvənd olunmaqdan çox, davamlı D vitaminlərindən istifadə etməyi məsləhət görüb. Həkim Mehmet Ceyhan Karatayın bu iddilarını əssasız hesab edir.
Gömrük nəzarətindən gizlədilmiş zərgərlik malları aşkar edilib
Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının idarə etdiyi “Ford Transit” markalı, 99-GT-210 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Fransada güclü külək "narıncı həyəcan"a səbəb oldu
Fransanın 5 departamentində güclü küləklə əlaqədar narıncı həyəcan səviyyəsi elan olunub. Məlumata görə, bu gün Aryej, Yuxarı Qaronna, Yuxarı Pireney, Atlantik Pireneyi və Land departamentlərində küləyin sürəti saatda 120-140 metrə çatacaq. Meteoroloqlar əlverişsiz hava şəraitinin nəqliyyatın hərəkətinə, o cümlədən hava və dəniz nəqliyyatına təsir edəcəyi barədə xəbərdarlıq ediblər.
Bayram günlərində təcili tibbi yardım briqadaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Müxalifət Yerevanın büdcəsini tənqid etdi
Yerevanın 2018-ci il büdcəsi 48 milyon dram (təqribən 100 min dollar) kəsirlə qəbul olunub. Məlumata görə, müxalifət şəhər büdcəsinin "dekorativ xərclər"lə yükləndiyini, əsas məsələlərin isə nəzərə alınmadığını hesab edir.
Melaniya Tramp Ağ Evin həyətindəki 200 illik ağacları kəsdirir
Ağ Evin həyətyanı sahəsində yerləşən, 19-cu əsrdə ABŞ prezidentləri tərəfindən əkilən ağaclar kəsilir. ABŞ prezidenti Donald Trampın həyat yoldaşı, birinci ledi, Melaniaya Trampın qərarı ilə prezident iqamətgahının həyətində olan yaşlı ağaclar kəsilməyə başlayıb. "Həmin ağaclar çox təhlükəlidir. Hər an aşa və insanlara xəsarət yetirə bilər. Mən bunu Ağ Ev sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə edirəm"-deyə Melaniya Tramp bildirib.
Bərdədə polisin Bakıdan olan həyat yoldaşını qanına qəltan etməsinin ŞOK TƏFƏRRÜATI
Bərdə rayonu Əliyanlı kənd sakini Sevindik Məmmədovun həyat yoldaşını bıçaqlamasının təfərrüatı məlum olub. Məlumata görə, S.Məmmədovun hadisəni törətməsinin səbəbi ailə münaqişəsidir. S.Məmmədovun həyat yoldaşı Anjela Şükürova Bakı sakinidir. Onlar ailə qurandan sonra qadın yoldaşı ilə birlikdə kənddə yaşayıb, iki uşaqları var. Sakinlər deyir ki, onlar S.Məmmədovun valideynləri ilə birlikdə yaşayır. Tez-tez ailədə münaqişə olurdu. Bəzi iddialara görə, S.Məmmədovun başqa bir qadınla münasibəti olub, bu səbəbdən yoldaşı ilə yola getmirmiş. Hadisə baş verəndə isə onun içkili olduğu güman edilir. İddialar arasında A.Şükürovanın başqa bir şəxslə münasibətinin olması fikirləri də var.
Moskvada atışma - Yaralılar var
Moskvada İlovaysk küçəsində yerləşən “Menşevik” qənnadı fabrikinin ərazisində atışma baş verib. Hadisə nəticəsində 4 nəfər yaralanıb.Məlumata görə, fabrikin direktoru ziyarətçilərə atəş açıb.
Kvirikaşvili: “Gürcüstanın son məqsədi Avropa İttifaqının tamhüquqlu üzvü olmaqdır”
"Gürcüstanın son məqsədiAvropa İttifaqının tamhüquqlu üzvü olmaqdır”. Bunu baş nazir Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. O bildirib ki, hökumətin əsas prioriteti avroatlantik məkana inteqrasiyadır: “2017-ci ildə əsas nailiyyət Avropa İttifaqı ölkələri ilə viza rejiminin aradan qaldırılması olub. Bu qərar Avropa İttifaqının Gürcüstana etibarının göstəricisidir”.
Vətəndaşların 28,3 mln manat əmanəti risk altındadır
“Dəmirbank”da kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 mln manatdır. Bu isə o deməkdir ki, 28 milyon manatdan artıq əmanətin geri qaytarılmasına ümid yoxdur”. Bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə bankın məsuliyyətindədir.
Polis bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 2017-ci il dekabrın 31-dən 2018-ci il yanvarın 4-dək respublika daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Allahşükür Paşazadənin qızı klinika açıb
Vergilər Nazirliyi "Zəhra Clinic" MMC-ni dövlət qeydiyyatına alıb. "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 100 manatdır. Klinikanın qanuni təmsilçisi Paşazadə Vəfa Allahşükür qızıdır. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, ev 13, mənzil 111-dir.
Komitə sədri: “İslamdaxili dialoqa, müzakirələrə ehtiyac var”
"Bu il "İslam Həmrəyliyi İli" çərçivəsində bir çox mühüm tədbirlər keçirilib. Bu çərçivədə Bakıda keçirilən son beynəlxalq konfransda Əlaqələndirmə üzrə Koordinasiya Şurası yaradılması qərara alınıb". Məlumata görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və Bakı şəhəri Məşədi Dadaş məscidi dini icması tərəfindən təşkil edilən "Söz azadlığı və dini icmalar" mövzusunda konfransda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
"ABŞ Suriyadakı bazasında İŞİD terrorçularını hazırlayır"
ABŞ Suriyadakı "Ət Tanf" hərbi bazasında İŞİD terrorçularını hazırlayır. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisiValeri Gerasimov bildirib. "Bu baza Suriyanın cənubundadır, radiusu 55 km olan ərazi ilə məhdudlaşıb. Suriya, İordaniya və İraq sərhədlərinin kəsişməsində yerləşir. Kosmik və digər kəşfiyyat məlumatlarına əsasən, bazada silahlı dəstələr var. Onlar orada faktiki olaraq hazırlaşırlar", - deyə general "Komsomolskaya Pravda" nəşrinə müsahibəsində bildirib.
Türkiyə Sudandan ada aldı
Sudana məxsus Suakin adası Türkiyəyə 99 il müddətinə icarəyə verilib. Məlumata görə, Sudan Prezidenti Ömər əl-Bəşir Suakin adasının Türkiyəyə icarəyə verilməsi haqqında fərman imzalayıb.
.jpg)













