Kvirikaşvili: “Gürcüstanın son məqsədi Avropa İttifaqının tamhüquqlu üzvü olmaqdır”
"Gürcüstanın son məqsədiAvropa İttifaqının tamhüquqlu üzvü olmaqdır”. Bunu baş nazir Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. O bildirib ki, hökumətin əsas prioriteti avroatlantik məkana inteqrasiyadır: “2017-ci ildə əsas nailiyyət Avropa İttifaqı ölkələri ilə viza rejiminin aradan qaldırılması olub. Bu qərar Avropa İttifaqının Gürcüstana etibarının göstəricisidir”.
27 Dekabr 2017 11:44 Dünya"Gürcüstanın son məqsədiAvropa İttifaqının tamhüquqlu üzvü olmaqdır". Bunu baş nazir Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. O bildirib ki, hökumətin əsas prioriteti avroatlantik məkana inteqrasiyadır: "2017-ci ildə əsas nailiyyət Avropa İttifaqı ölkələri ilə viza rejiminin aradan qaldırılması olub. Bu qərar Avropa İttifaqının Gürcüstana etibarının göstəricisidir".
G. Kvirikaşvili qeyd edib ki, Gürcüstan Aİ ilə əməkdaşlıq üzrə yol xəritəsi hazırlayacaq: "Əminik ki, bu proqram uğurla həyata keçiriləcək. Eyni zamanda, NATO-ya inteqrasiya və ABŞ-la əməkdaşlıq da əsas prioritet olaraq qalır". Apa.az