İşsizliyə görə müavinət 3 dəfə artırılır
Azərbaycanda işsizliyə görə müavinət 3 dəfəyədək artırılacaq.“Olaylar” xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
27 Dekabr 2017 12:04 SosialAzərbaycanda işsizliyə görə müavinət 3 dəfəyədək artırılacaq."Olaylar" xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Komitə sədri qey edib ki, ""İşsizlikdən sığorta fondu"nun büdcəsindən, eyni zamanda, işsizliyə görə müavinətin 3 dəfə artacağı da gözlənilir: "Bu büdcədə peşə təhsili, ixtisasartırma və peşədəyişmə kurslarının, geniş maarifləndirmə işlərinin maliyyələşdirilməsi də özünü bariz şəkildə göstərəcək. Məşğulluğun hərtərəfli və genişmiqyaslı təmin olunması üçün qanunyaradıcılığı prosesində Əmək, Vergi, Gömrük məcəllələrinə və digər qanunvericilik aktlarına da xeyli əlavə və dəyişikliklər edilib ki, bu da son nəticədə orta və kiçik sahibkarlığın inkişafına, yeni işyerlərinin yaradılmasına müsbət təsir göstərəcək".