Rəhim Qazıyev 95 yaşında da təhlükəlidir

“Facebookda Rəhim Qazıyevlə bağlı statuslar gördüm. Belə çıxdı ki, polislə problemi olub. Yazırlar ki, yaşlı adamdır onun nə təhlükəsi var filan. Rəhim Qazıyev 95 yaşında da təhlükəlidir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov səsləndirib.

"Facebookda Rəhim Qazıyevlə bağlı statuslar gördüm. Belə çıxdı ki, polislə problemi olub. Yazırlar ki, yaşlı adamdır onun nə təhlükəsi var filan. Rəhim Qazıyev 95 yaşında da təhlükəlidir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov səsləndirib. O, bildirib ki, Rəhim Qazıyevin keçmiş hərbi dənizçi kimi onun bu ölkəyə vurduğu ziyana dair cəmi bir epizod barədə xatırlatma kifayət edər: "Deməli Xəzər Flotiliasinda 4 dənə "Zubr" tipli hava yastığı üzərində olan sürətli desant gəmisi var idi. Onların hamısını Rəhim Qazıyev Qraçova bağışladı. Bizə qalan isə 50-ci il layihəsi olan və dənizçilərin Полтинник adlandırdığı 3-4 keşikçi gəmi idi ki, onların hamısı bütün sovet donamasında 1970-ci ildə konservasiyaya göndərilmişdi, yəni döyüş xidmətindən çıxarılmışdı. Bir-iki dənə də kiçik desant gəmisi, hansı ki, metalloma verilməli idi. Bizə qalan bütün gəmilərin ümumi dəyəri Qraçova bağışlanan 4 "Zubr" tipli gəminin heç birini dəyəri etmirdi. Bu sırf xəyanət idi. Halbuki, Beloverj razılaşmasına və sonradan MDB-nin yaranması ilə bağlı müqaviləyə görə bütün donama tam olaraq Azərbaycana qalmalı idi. Heç olmasa iki gəmi saxlanmalı idi". Sahib Məmmədov deyib ki, Rəhim Qazıyevin şöhrətinin pik vaxtında da onunla pis münasibətdə olub: "Bir rayon şöbəsində olmuşuq və köhnə cəbhəçilər bunu yaxşı bilir. Çünki onu həmişə "ora" bağlı adam kimi tanımışam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31