Ağır sənaye və maşınqayırmaya dair yerli istehsal və istehlak tələbatı müzakirə edilib

Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsində maşın, avadanlıq və digər nəqliyyat vasitələri istehsalı üzrə tədbirlərin icrasını təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə müvafiq işçi qrupların görüşü keçirilib. Tədbirdə işçi qruplara üzv olan iri sifarişçi dövlət müəssisələri və yerli istehsalçı müəssisələrin nümayəndələri iştirak edib.

Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsində maşın, avadanlıq və digər nəqliyyat vasitələri istehsalı üzrə tədbirlərin icrasını təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə müvafiq işçi qrupların görüşü keçirilib. Tədbirdə işçi qruplara üzv olan iri sifarişçi dövlət müəssisələri və yerli istehsalçı müəssisələrin nümayəndələri iştirak edib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə yerli istehsalın dəstəklənməsi istiqamətində dövlət müəssisələri ilə yerli müəssisələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib, ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsində sifarişçilərin 2018-ci il üçün tələbatları barədə məlumatın İqtisadiyyat Nazirliyinə təqdim edilməsinin məqsədəuyğunluğu diqqətə çatdırılıb.Tədbirdə dövlət müəssisələri tərəfindən yerli məhsullardan istifadənin genişləndirilməsi imkanlarına dair müzakirə aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31