210 qutu pirotexniki vasitə saxlanıldı
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-2107" markalı avtomobilə gömrük nəzarəti həyata keçirilib.
27 Dekabr 2017 13:11 SosialTovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-2107" markalı avtomobilə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin oturacağının arxasında 210 qutu pirotexniki vasitə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31