Yeni cəbhə açılır - Lavrovdan BƏYANAT
“Ən-Nüsra” Cəbhəsinin dağıdılması İŞİD-ə həlledici zərbədən sonra Suriyada terrorçuluğa qarşı əsas məsələdir. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Suriya sabah” müxalifət hərəkatının lideri Əhməd Carboyla görüşdə deyib.
27 Dekabr 2017 15:04 Dünya"Ən-Nüsra" Cəbhəsinin dağıdılması İŞİD-ə həlledici zərbədən sonra Suriyada terrorçuluğa qarşı əsas məsələdir. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov "Suriya sabah" müxalifət hərəkatının lideri Əhməd Carboyla görüşdə deyib.
"İŞİD-ə həlledici zərbə vurulub. Hərçənd döyüş meydanından qaçmış döyüşçülər Suriyadan xaricə çıxmağa çalışırlar. Amma aydındır ki, əsas mübarizə arxada qalıb. İndi, əlbəttə, "Ən-Nüsra" Cəbhəsinin dağıdılması terrorçuluğa qarşı əsas məsələdir", - Lavrov əlavə edib.
Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, İŞİD-in döyüşçüləri Suriya və İraqdan qonşu ölkələrə gedirlər. "Təşkilatın döyüşçüləri Əfqanıstanda möhkəmlənir. Onlar oradan İran, Çin, Hindistan, Mərkəzi Asiya və Rusiyaya sıza bilərlər", - Təhlükəsizlik Şurasının katibi deyib. Publika.az "İnterfaks" agentliyinə istinadən xəbər verir.