Rusiya müşahidə təyyarələri barəsində ABŞ-a cavab verəcək
Rusiya 2018-ci il 1 yanvar tarixindən etibarən amerikalı müşahidə təyyarələrinin istifadə etdiyi hava limanlarının sayını azaldacaq. Bu haqda hərbi diplomatik mənbələr məlumat verib. Məlumatda bildirilir ki, belə bir addım ABŞ-ın Rusiyaya qarşı həyata keçirtdiyi tədbirlərə güzgü cavabı rolunu oynayır.
27 Dekabr 2017 14:56 DünyaRusiya 2018-ci il 1 yanvar tarixindən etibarən amerikalı müşahidə təyyarələrinin istifadə etdiyi hava limanlarının sayını azaldacaq. Bu haqda hərbi diplomatik mənbələr məlumat verib. Məlumatda bildirilir ki, belə bir addım ABŞ-ın Rusiyaya qarşı həyata keçirtdiyi tədbirlərə güzgü cavabı rolunu oynayır.
Xatırladaq ki, bu ilin sentyabr ayının sonlarında "The Wall Street Journal" qəzeti xəbər verib ki, ABŞ öz ərazisindəki Rusiya hərbi müşahidə təyyarələrinin uçuşlarına məhdudiyyət qoyur. Məlumatlara görə, Rusiyanın, amerikalılara Kalininqrad bölgəsində uçuşlara icazə verməməsi səbəbindən ABŞ da Rusiyanın hərbi təyyarələrinə Havay adaları və Alyaska ərazisindəki uçuşlarına qadağa qoya bilər.
Xatırladaq ki, 23 sentyabr 1992-ci ildə Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər arasında (ATƏT) "Açıq Səmalar" müqaviləsi bağlanılıb. Bu günə kimi 34 dövlət müqavilənin tərəfdarı olub. Bunların əksəriyyəti (Rusiya və ABŞ daxil olmaqla) müqaviləni ratifikasiya edib.
Qeyd edək ki, müqaviləyə əsasən, müqaviləni imzalamış dövlətlərin bir-birilərinin ərazilərində müşahidə uçuşu keçirmə hüququ var. Buna səbəb isə tərəflərin hər hansı hərbi müqavilə qanunlarını pozmadıqlarını müşahidə etməkdir. Azadinform Rusiya mətbuatına istinadən xəbər verir.