Gündəm
Güclü külək yaşlı qadını 4-cü mərtəbənin eyvanından yerə çırpdı
Rusiyanın Saxalin adasında yerləşən Uqleqorsk şəhərində bir neçə gündür tüğyan edən güclü külək misli görünməmiş fəsadlara gətirib çıxarıb.
Peterburqdakı azərbaycanlı biznesmenlər hədələnib: “Mustafayevin yerini deməsəniz...”
Peterburqda idarə etdiyi “Range Rover”lə məktəbliləri daşıyan avtobusun qarşısını kəsib sürücünü döyən və bıçaqlayan azərbaycanlı biznesmen Əlizadə Mustafayevin tutulması əməliyyatının təfərrüatları məlum olub. virtualaz.org xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəhbəri, general Aleksandr Bastrıkin bu səs-küylü cinayət işini nəzarətinə götürəndən sonra Peterburqun hüquq-mühafizə orqanlarının rəhbərləri qarşısında Yeni ilə qədər nə yolla olursa olsun, şübhəlini yaxalamaq vəzifəsi qoyub. Nəticədə onu tutmaq üçün həm şəhər Baş polis idarəsinin, həm müvafiq rayon polis şöbəsinin əməliyyatçıları səfərbər olunub.
Şeyxin müavini Qəmərxanım Qərbin fitnəsi barədə: "Azərbaycanı da öz oyunlarına alət etmək istəyirlər"
"Azərbaycanın dini mühitində baş verən bir sıra xoşagəlməz halların iki əsas mənbəyi mövcuddur". Bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı deyib. Onun sözlərinə görə, bunlardan birincisi xaricdən Azərbaycana ixrac olunan ekstremizmdir ki, dini rəng alaraq əhalinin mənəviyyatına, əxlaq dəyərlərinə ciddi zərbə vurur: "İkinci cəhət isə bəzi qərəzli qüvvələrin təəsssüf ki, kütləvi informasiya vasitələri və sosial media vasitəsilə dini mühitimiz haqqında bilərəkdən mənfi rəy formalaşdırmasıdır".
Türkiyədə quldurluq edən 8 azərbaycanlı tələbə tutuldu
Türkiyənin Kastamonu universitetində oxuyan 8 azərbaycanlı tələbə qəsbkarlıq və hədə-qorxu yol ilə pul tələb etmə ittihamları ilə tutulub. Virtualaz.org xəbər verir ki, iddiaya görə Azərbaycan vətəndaşı olan həmin 8 tələbə Kastamonu universitetində mütəşəkkil qruplaşma yaradaraq yeni təhsil almağa gedən azərbaycanlı tələbələri soymaqla məşğul olub. Onlar Azərbaycandan universitetə təhsil almağa yeni gedənləri hədələyərək pul istəyib, əşyalarını ələ keçirib.
İraqda 8 almaniyalı qadın saxlanıldı - İŞİD bəlası
İraqda İŞİD terror təşkilatına üzv olmaqda ittiham edilən 8 Almaniya vətəndaşı saxlanılıb. Məlumata görə, saxlanılan qadınların əksəriyyətinin övladları da var.
5 evdən pul və qızıl oğurlayan saxlanıb
Oğurluq etdiyinə görə tutulmuş şəxsin törətdiyi digər cinayət əməlləri müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Zaur Süleykinin ətrafında Yasamal RPİ 28-ci PB və Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin avqustundan dekabr ayınadək olan müddətdə daha 5 evdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.
Metroda qadının pulqabısını oğuirlayan ələ keçib
Bakı metrosunda oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Seyfəddin Mustafayevin ətrafında Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 14-də metronun “Elmlər Akademiyası” stansiyasında Bakı şəhər sakini Nuranə Hacıyevanın çantasından içərisində gümüş boyunbağı, yaddaş kartı və şəxsiyyət vəsiqəsi olan pulqabısını oğurlaması da müəyyən edilib.
İsrafil Məmmədovun 90 illik yubileyi keçirilib
Dekabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu tanınmış ermənişünas alim İsrafil Məmmədovun 90 illik yubileyini keçirib.
Bakıda İslam dünyasının gənc klassik musiqi ifacılarının VII Beynəlxalq müsabiqəsi keçiriləcək
Gələn il Azərbaycanda İslam dünyasının gənc klassik musiqi ifacılarının VII Beynəlxalq müsabiqəsi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, belə bir müsabiqənin keçirilməsində məqsəd gənclərin mədəniyyət və incəsənətə marağının artırılması, istedadlı gənclərin stimullaşdırılmasıdır.
İslahatlar ili uğurla başa çatır
2017-ci ilin başa çatmasına saylı günlər qalıb. Bu il dünya ölkələri üçün bir sıra çətinliklərlə müşahidə olundu və indinin özündə də mövcud proablemləri aradan qaldırmaq mümkün olmayıb. Xüsysən, dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin dünya bazarında kəskin şəkildə aşağı düşməsi, baş verən münaqişələr bir sıra dövlətlərin iqtisadi tənəzzülü ilə səciyyələndi. Ümumilikdə bu il dünya iqtisadiyyatında bir tərəfdən müsbət dinamikanın, digər tərəfdən isə müxtəlif ölkələr arasında qarşıdurmaların artmasının müşahidə olunduğu bir il kimi yadda qaldı. Belə bir şəraitdə geridə qalan dövrün Azərbaycan iqtisadiyyatına təsiri maraq doğurur.
Kürdəmirin 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Kürdəmir rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində rayonun 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.
Bakıda teleqüllə yaxınlığında sürüşmə baş verib
Bayıl yamacında, Bakı Televiziya Qülləsinin ətrafında torpaq qatında çatlar əmələ gəlib. Ərazidə sürüşməyə qarşı inşa edilmiş istinad divarları deformasiyaya məruz qalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov cavab olaraq bildirib ki, Bayıl dərəsi istiqamətində əhali tərəfindən tikinti məqsədilə yamac şaquli kəsilib və bu yamacın dayanıqlılığının itməsinə səbəb olub: “Bu səbəbdən və atmosfer yağıntılarının təsirindən yamacda sürüşmə - batma prosesi baş verib. Ərazidə müxtəlif ölçülü çatlar yaranıb”.
Azərbaycan sərhədçiləri qeyri-qanuni miqrasiya ilə məşğul olan Hindistan vətəndaşlarını saxlayıb
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan-Gürcüstan sərhədində bu fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə aşkarlanaraq zərərsizləşdirilib. DSX-nın Mətbuat Mərkəzindən verilib ki, 15.12.2017-ci il tarixdə Ağstafa rayonunun Sadıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Hindistan vətəndaşı - 1993-cü il təvəllüdlü Şukla Sarxar Jitendrakumar (Shukla Sarkhar Jitendrakumar) və 1995-ci il təvəllüdlü Şukla Yaş Jitendrakumar (Shukla Yash Jitendrakumar) saxlanılıb.
"Prezidentin rəhbərliyi ilə qazanılan uğurlar YAP-ın çoxminli üzvlərinin qürur mənbəyidir"- MÜSAHİBƏ
İlk növbədə vurğulanmalıdır ki, Ulu öndər Heydər Əliyevin yaratdığı strategiya, inkişaf konsepsiyası bütövlükdə son 14 il ərzində daha da inkişaf etdirilib, zənginləşdirilib, təkmilləşdirilib. Bu gün qürur və iftixar hissi ilə etiraf etdiyimiz möhtəşəm inkişaf varislik prinsipi əsasında Heydər Əliyev siyasətinin məhz Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə əlaqədardır.
Əli Kərimlini Sekutaya bağlayan "sekret"- PƏRDƏARXASI
Bir neçə gün öncə, AXCP sədri Əli Kərimlinin ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşməsi barədə məlumat yayılıb. Cəbhəçilərin mətbuat xidməti bu görüşü “Azərbaycandakı ictimai-siyasi vəziyyət, Azərbaycan-ABŞ münasibətlərinin müzakirəsi” kimi təqdim etsə də əslində, bunun sadəcə gözdən pərdə asmağa cəhd olduğunu rahat şəkildə anlamaq mümkündür.Daha dəqiq desək, Ə.Kərimlinin amerikalı diplomatla görüşməsinin məhz bir sıra pərdəarxası məqamları dayanır. Misal üçün, AXCP sədri növbəti dəfə maddi və şəxsi divident güddüyü “siyasi məhbus”, “vətəndaş cəmiyyətinə və mətbuata qarşı təzyiq” və s. bu kimi yalanlarla dolu süni məsələlər ətrafında xal toplamağa çalışaraq, özünü “lider” olaraq tanıtmağa çalışıb.














