Əli Kərimlini Sekutaya bağlayan "sekret"- PƏRDƏARXASI
Bir neçə gün öncə, AXCP sədri Əli Kərimlinin ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşməsi barədə məlumat yayılıb. Cəbhəçilərin mətbuat xidməti bu görüşü “Azərbaycandakı ictimai-siyasi vəziyyət, Azərbaycan-ABŞ münasibətlərinin müzakirəsi” kimi təqdim etsə də əslində, bunun sadəcə gözdən pərdə asmağa cəhd olduğunu rahat şəkildə anlamaq mümkündür.Daha dəqiq desək, Ə.Kərimlinin amerikalı diplomatla görüşməsinin məhz bir sıra pərdəarxası məqamları dayanır. Misal üçün, AXCP sədri növbəti dəfə maddi və şəxsi divident güddüyü “siyasi məhbus”, “vətəndaş cəmiyyətinə və mətbuata qarşı təzyiq” və s. bu kimi yalanlarla dolu süni məsələlər ətrafında xal toplamağa çalışaraq, özünü “lider” olaraq tanıtmağa çalışıb.
27 Dekabr 2017 15:25 SiyasətAXCP sədri şəxsi dividend və maraqlarını amerikalılardan umur
Bir neçə gün öncə, AXCP sədri Əli Kərimlinin ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşməsi barədə məlumat yayılıb. Cəbhəçilərin mətbuat xidməti bu görüşü "Azərbaycandakı ictimai-siyasi vəziyyət, Azərbaycan-ABŞ münasibətlərinin müzakirəsi" kimi təqdim etsə də əslində, bunun sadəcə gözdən pərdə asmağa cəhd olduğunu rahat şəkildə anlamaq mümkündür.Daha dəqiq desək, Ə.Kərimlinin amerikalı diplomatla görüşməsinin məhz bir sıra pərdəarxası məqamları dayanır. Misal üçün, AXCP sədri növbəti dəfə maddi və şəxsi divident güddüyü "siyasi məhbus", "vətəndaş cəmiyyətinə və mətbuata qarşı təzyiq" və s. bu kimi yalanlarla dolu süni məsələlər ətrafında xal toplamağa çalışaraq, özünü "lider" olaraq tanıtmağa çalışıb.
Məhz cəbhəçi sədrin siyasi həyasızlığı sayəsində amerikalı səfir sonda ona bir neçə dəqiqəlik vaxt ayıra biləcəyini bildirib
Çünki daxil olan digər məlumata görə, bu görüşün təşəbbüskarı heç də ABŞ səfirliyi olmayıb, əksinə, AXCP sədri uzun müddət idi ki, amerikalıların dipkorpusuna yalvararaq bu görüşün baş tutmasını istəyib. Ancaq səfir Robert Sekuta Ə.Kərimlinin çoxsaylı yalvarışlarına əhəmiyyət verməyərək, onunla görüşməkdə maraqlı olmadığını deyib. Məhz cəbhəçi sədrin siyasi həyasızlığı sayəsində amerikalı səfir sonda ona bir neçə dəqiqəlik vaxt ayıra biləcəyini bildirib. Çünki səfir özü də yaxşı bilir ki, Ə.Kərimli hər zaman olduğu kimi müxalifətin "məzlum və əzabkeş" obrazını yaratmaqla, seçkilər qabağı müəyyən öhdəliklər götürüb maliyyə qazanmağa səy göstərəcək.
Son 2 il ərzində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi onunla bütün təmasları kəsib və görüş təşəbbüslərinin hamısını rədd edib
Yeri gəlmişkən, AXCP sədri R.Sekuta tərəfindən AXCP sədri olaraq qəbul edilməyib. Çünki hazırda bu partiyaya iddialı olan digər alternative AXCP də var ki, hazırda hansının real cəbhə partiyası olması sual altında qalmaqda davam edir. Əbəs yerə deyil ki, bu gün Ə.Kərimli ilə nəninki ABŞ səfirliyi, eləcə də başqa xarici qurumlar əlaqələrini kəsiblər. Məsələn, son 2 il ərzində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi onunla bütün təmasları kəsib və görüş təşəbbüslərinin hamısını rədd edib.
Beləliklə, Ə.Kərimli sadəcə, qarşıdan gələn president seçkilərində xüsusilə maddi maraqlarını təmin etmək istiqamətində hərəkətə keçməyə çalışır. Çünki onun özü də yaxşı bildir ki, ümumiyyətlə, xalq və elektorat dəstəyi yoxdur və onun özü də daxil olmaqla, "Milli Şura"dakı "vahid namizədi" Cəmil Həsənli ictimai rəy tərəfindən birmənalı olaraq rədd edilməkdədirlər. Ancaq buna baxmayaraq, "tutar qatıq, tutmaz ayran" prinsipini özünə "kredo" seçən Kərimli sadəcə, seçkilərdə iştirak üçün müəyyən həcmdə maddi vəsait əldə etməyə çalışır. Bu baxımdan, qeyd edə bilərik ki, Ə.Kərimlinin Sekuta ilə görüşü sadəcə, fərdi maraqları üzərində qurulub və bunun nəticəsizliyi indidən bəllidir. Sia.az