İslahatlar ili uğurla başa çatır

2017-ci ilin başa çatmasına saylı günlər qalıb. Bu il dünya ölkələri üçün bir sıra çətinliklərlə müşahidə olundu və indinin özündə də mövcud proablemləri aradan qaldırmaq mümkün olmayıb. Xüsysən, dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin dünya bazarında kəskin şəkildə aşağı düşməsi, baş verən münaqişələr bir sıra dövlətlərin iqtisadi tənəzzülü ilə səciyyələndi. Ümumilikdə bu il dünya iqtisadiyyatında bir tərəfdən müsbət dinamikanın, digər tərəfdən isə müxtəlif ölkələr arasında qarşıdurmaların artmasının müşahidə olunduğu bir il kimi yadda qaldı. Belə bir şəraitdə geridə qalan dövrün Azərbaycan iqtisadiyyatına təsiri maraq doğurur.

Cari ildə yaradılan iqtisadi baza gələn il də iqtisadiyyatın dinamik inkişafını təmin edəcək

2017-ci ilin başa çatmasına saylı günlər qalıb. Bu il dünya ölkələri üçün bir sıra çətinliklərlə müşahidə olundu və indinin özündə də mövcud proablemləri aradan qaldırmaq mümkün olmayıb. Xüsysən, dünyada baş verən iqtisadi böhran, neftin qiymətinin dünya bazarında kəskin şəkildə aşağı düşməsi, baş verən münaqişələr bir sıra dövlətlərin iqtisadi tənəzzülü ilə səciyyələndi. Ümumilikdə bu il dünya iqtisadiyyatında bir tərəfdən müsbət dinamikanın, digər tərəfdən isə müxtəlif ölkələr arasında qarşıdurmaların artmasının müşahidə olunduğu bir il kimi yadda qaldı. Belə bir şəraitdə geridə qalan dövrün Azərbaycan iqtisadiyyatına təsiri maraq doğurur. İqtisadi ekspertlərin qənaətinə görə, 2017-ci il Azərbaycan üçün iqtisadi cəhətdən əlamətdar hadisələr ili kimi yadda qalacaq. Xüsusilə qeyd edilməlidir ki, cari il Azərbaycan tarixinə "iqtisadi islahatlar" ili kimi düşüb. Məhz ölkədə aparılan iqtisadi islahatların nəticəsidir ki, dünya ölkələrinin böyük əksəriyyəti iqtisadi tənəzzül yaşadığı bir məqamda Azərbaycanda dinamik iqtisadi inkişaf qeydə alınıb. Ölkənin iqtisadi inkişaf tempi, əldə olunan uğurlar konkret rəqəmlərlə ifadədə özünü daha aydın şəkildə büruzə verir. İlk öncə onu qeyd etmək lazımdır ki, bu ilin ilk 9 ayının göstəricilərinə uyğun olaraq son iki ildə ilk dəfə olaraq tədiyyə balansının cari əməliyyatlar hesabında 1.1 milyard dollar profisit yaranmışdır. Nəicədə 2017-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında defisit 200 milyon dollar və ya 5% azalmışdır. 2017-ci ilin daha bir iqtisadi uğuru ondan ibarətdir ki, cari ildə ölkədə makro iqtisadi sabitlik təmin olunub, manatın məzənnəsi sabit olmuş və manat məzənnəsinə olan iqtisadi təhlükələr aradan qaldırılıb. Bununla kifayətlənməyən Azərbaycan hökuməti hədəf olaraq qarşıya xarici ticarət dövriyyəsinn artırılması məsələsini qoyaraq bu sahədədə cinni naliyyətlər əldə edib. Belə ki, 2017-ci ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 26.5% artıb. İxracın həcmi isə konkret olaraq 50% çoxalıb. Xarici ticarət dövriyyəsində ixracın payı 61%-ə çatıb, ixrac idxalı 4.7 milyard dollar üstələyib. Keçən dövr ərzində ölkədə qeyri-neft sektoru 2.4%, qeyri-neft sənayesi 3.5%, kənd təsərrüfatı məhsulları istehsalı isə 4% artıb.Yeri gəlmişkən xatırladaq ki, dünyanı iqtisadi böhran cənginə aldığı bir şəraitdə Azərbaycanın dövlət büdcəsində artım qeydə alındı. 2017-ci il ərzində artırılan dövlət büdcəsinin gəlir və xərcləri müvafiq olaraq 16.766 milyard və 17.941 milyard manat olmaqla, büdcənin icrası proqnozlara uyğunlaşdırıldı. İqtisadi böhran illəri ərzində ilk dəfə olaraq gələn ilin dövlət büdcəsi artımla təsdiqləndi. Bu il ölkədə həyata keçirilən Sənayeləşmə proqramı da uöurla icra edildi. Belə ki, sözgedən proqram çərçivəsində Nefçala Sənaye Məhəlləsi yaradılaraq yeni sənaye məhəllələrinin yaradılması istiqamətində işlərə start verildi. Turizmin inkişafı yönümündə atılan innovativ addımlar da 2017-ci ildə öz nəticəsini verdi. Azərbaycana gələn turistlərin sayı 25% artaraq, 2.5 milyon nəfər təşkil etməklə record həddə çatdı. 2017-ci il əhalinin məşğulluq probleminin həlli baxımından da uğurlu il oldu. Belə ki, 2017-ci ilin son 9 ayı ərzində ölkədə 226 mindən çox yeni iş yerləri yaradıldı. Bununla bərabər özünüməşğulluq proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 2000-ə yaxın ailə təsərrüfatı formalaşdırıldı. Bu isə ölkədə sosial layihələrin davam etdirilməsi, əhalinin sosial rifah halının yüksəldilməsi, işsizlərin sayının azalması deməkdir. Sosial sahədə də mühüm layihələr kimi 2017-ci ildə Azərbaycanın 1-ci vitse-prezdenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün 1026 mənzildən ibarət 11 yaşayış bınasının inşasına başlanılmışdır. 2017-ci ildə Cocuq Mərcanlı kəndində infrastruktur tamamilə bərpa edilmiş, 50 yaşayış evi, məktəb istifadəyə verildi.
Xatırladaq ki, 2017-ci il dövlət başçısı tərəfindən iqtisadi islahatlar ili elan edilmişdi. Qətiyyətlə demək olar ki, bu sahədə həyata keçirilən islahatlar idarəetmə sahələrin əhatə edərək effektiv idraetmə mexanizmlərinin daha da təkmilləşdirilməsi yönümündə mühüm qərarlar verildi. Kiçik və orta sahibkarlığın inkişafı məqsədilə həyata keirilən siyasət də bu sahənin inkişafına mühüm töhvələr vermiş oldu. Təkcə oni xatırlatmaq kifayətdir ki, ölkədə Kredit Zəmanəti Fondunun yaradılması kiçik və orta sahibkarların maliyyə əlçatanlığının təmin olunması üçün mühüm baza rolunu oynadı. Bundan başqa, dövlət mülkiyyətində olan müəssisələrin daha effektiv idarə olunması məqsədilə Azərbaycan Sənaye Korporasiyası yaradıldı. Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması və kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında yeniliklərinin tətbiqi üçün Qida Təhlükəsizliyi Agentliyi formalaşdırıldı. Onu da qeyd edək ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar davamlı xarakter daşıyır. 2018-ci ilin yanvar ayından fəaliyyətə başlayacaq İşsizlikdə Sığorta Fondunun yaradılması dediklərimizn bariz nümunəsidir. Fondun əsas fəaliyyəti qanunda müəyyən olunmuş səbəbdən işini itirmiş vətəndaşlara müəyyən müddət ərzində sığorta-maaşın verilməsi və paralel olaraq özünüməşğulluq çərçivəsində yeni ailə təsərrüfatlarının yaradılması olacaq. Birmənalı şəkild qeyd etmək olar ki, Nazirlər Kabineti strukturunda edilən dəyişiklər isə mərkəzi icra orqanlarının fəaliyyətlərində koordinasiyanın daha effektiv həyata keçirilməsinə imkan yaradacaq. Ümumilikdə qeyd etmək olar ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar Azərbaycanı xüsusi iqtisadi modelə malik dövlətə çevirdi. Odur ki, qətiyyətlə demək olar ki, 2017-ci ildə iqtisadiyyatın sabitləşməsi növbəti illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edəcək. Artıq bütün beynəlxalq təşkilatlar növbəti ildə Azərbaycanda ÜDM-in 2-4%-ə qədər artacağını proqnozlaşdırırlar. 2018-ci dövlət büdcəsinin həcminin 3.3 milyard manat artırılması və ən böyük artımın iqtisadi aktivliyinin artımına yönəldilməsi bu inkişaf üçün əlavə stimul da yaradıb. Beləliklə, 2017-ci il dərin iqtisadi islahatlar, iri iqtisadi layihələr və makro-iqtisadi sabitləşmə ili kimi yadda qalacaq. 2018-ci ildən gözləntilər isə dinamik inkişaf, yeni iqtisadi layihələr və vətəndaşların yaşayış səviyyəsinin daha da artması deməkdir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31