Güclü külək yaşlı qadını 4-cü mərtəbənin eyvanından yerə çırpdı
Rusiyanın Saxalin adasında yerləşən Uqleqorsk şəhərində bir neçə gündür tüğyan edən güclü külək misli görünməmiş fəsadlara gətirib çıxarıb.
27 Dekabr 2017 16:16 DünyaRusiyanın Saxalin adasında yerləşən Uqleqorsk şəhərində bir neçə gündür tüğyan edən güclü külək misli görünməmiş fəsadlara gətirib çıxarıb.
Virtualaz.org NTV telekanalına istinadən xəbər verir ki, eyvana siqaret çəkməyə çıxmış təqaüdçü qadını külək ağuşuna alaraq, 4-cü mərtəbədən yerə çırpıb. Qalın qar təbəqəsi yaşlı qadını ölümdən qurtarıb.
Hadisə yerinə təcili yardım çağırılsa da, yağmış qarın qalınlığı avtomobilə qadının yıxıldığı yerə yaxınlaşmağa imkan verməyib. Bu səbəbdən, təqaüdçü qadın qartəmizləyən maşının çalovuna yerləşdirilib və yalnız bu üsulla xəstəxanaya çatdırılıb. Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31