Bakıda İslam dünyasının gənc klassik musiqi ifacılarının VII Beynəlxalq müsabiqəsi keçiriləcək
Gələn il Azərbaycanda İslam dünyasının gənc klassik musiqi ifacılarının VII Beynəlxalq müsabiqəsi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, belə bir müsabiqənin keçirilməsində məqsəd gənclərin mədəniyyət və incəsənətə marağının artırılması, istedadlı gənclərin stimullaşdırılmasıdır.
27 Dekabr 2017 16:01 SosialGələn il Azərbaycanda İslam dünyasının gənc klassik musiqi ifacılarının VII Beynəlxalq müsabiqəsi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, belə bir müsabiqənin keçirilməsində məqsəd gənclərin mədəniyyət və incəsənətə marağının artırılması, istedadlı gənclərin stimullaşdırılmasıdır. Müsabiqədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin musiqi ifaçılarının iştirakı nəzərdə tutulub. Müsabiqənin 2018-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılıb.