Kürdəmirin 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Kürdəmir rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində rayonun 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.
27 Dekabr 2017 15:57 Sosial"Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Kürdəmir rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, layihə çərçivəsində rayonun 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.
Bu məqsədlə Kürdəmir rayonunun Qaraqocalı kəndində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. Qeyd edib ki, sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına töhfə verib.
"Azərsu" ASC-nin sədr müavini Seymur Seyidov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində layihələrin yekunlaşdığını bildirib. Qeyd olunub ki, növbəti illərdə digər kəndlərin də içməli su təchizatının yaxşılaşdırılması məqsədilə araşdırmalar aparılır.
Kəndlərə yeni mənbədən verilən suyun keyfiyyəti ilə sakinləri əyani tanış etmək məqsədilə "Azərsu" ASC-nin Mərkəzi laboratoriyasının səyyar laboratoriyası tərəfindən analizlər aparılıb və nəticələr sakinlərə nümayiş etdirilib. Uzun illər suvarma kanallarından götürülən sudan istifadə edən kənd sakinləri keyfiyyətli su ilə təminata göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.