Tbilisinin qəsəbəsində küçələrdən birinə Rəşid Behbudovun adı verilib

Bu il Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığında yerləşən Poniçala (Soğanlıq) qəsəbəsinin küçələrindən birinə Rəşid Behbudovun adı verilib. Azərbaycanın Gürcüstandakı səfirliyindən  verilən məlumata görə, bu barədə qərar Tbilisi sakrebulosu (şəhər bələdiyyə şurası) tərəfindən 25 iyul 2017-ci il tarixində qərar qəbul olunub.

Səfirlikdən əlavə olaraq bildirilib ki, Tbilisinin Qldani rayonunun 7-ci mikrorayonunda yerləşən adsız küçələrdən birinə 2014-cü ildə Gürcüstanın azərbaycanlı xalq qəhrəmanı Xudu Borçalının adı verilib. 

Qeyd edək ki, Gürcüstan müxbiri Tbilisinin görkəmli azərbaycanlılarının adını daşıyan küçələrlə bağlı araşdırma apararkən, yerli azərbaycanlılar şəhərdə Rəşid Behbudovun adını daşıyan küçənin olmadığını bildiriblər. Məlum olur ki, onların məlumatsızlığına səbəb bu barədə xəbərin yerli və Azərbaycan mediasında işıqlandırılmamasıdır. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31