"Transferə 300 milyon avro bəs deyil"

"Mançester Yunayted"in baş məşqçisi Joze  Mourinyo İngiltərə Premyer Liqasının 20-ci turunda "Bernli" ilə matçdan (2:2) sonra transferlərə ödənilən pullarla bağlı açıqlama verib.

"Mançester Yunayted"in baş məşqçisi Joze  Mourinyo İngiltərə Premyer Liqasının 20-ci turunda "Bernli" ilə matçdan (2:2) sonra transferlərə ödənilən pullarla bağlı açıqlama verib. Portuqaliyalı mütəxəssis indiyə kimi transferlərə xərclədiyi pulların istədiyi komandanı qurmaq üçün yetərli olmadığını deyib: "Transferlərə 300 milyon funt sterlinq xərcləmişik. Amma bu, yetərli deyil. Dünyanın ən yaxşı komandasını qurmamışıq. İstədiyimiz komandanı yaratmağa çalışırıq. "Mançester Siti" bizim hücumçuya xərclədiyimiz pula müdafiəçi alır". Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31