Rusiya Türkiyəyə 2.5 milyard dollar dəyərində S-400 satacaq

Rusiya ilə Türkiyə arasında əldə olunmuş razılığa əsasən, Rusiya Türkiyəyə 2.5 milyard dollar dəyərində S-400 hava müdafiə sistemləri satacaq. Məlumata görə, bunu Rostec rəhbəri Sergey Çemezov deyib.

Rusiya ilə Türkiyə arasında əldə olunmuş razılığa əsasən, Rusiya Türkiyəyə 2.5 milyard dollar dəyərində S-400 hava müdafiə sistemləri satacaq. Məlumata görə, bunu Rostec rəhbəri Sergey Çemezov deyib.

O qeyd edib ki, Rusiya ilkin olaraq 2020-ci ilin martında silahları Türkiyəyə çatdırmaq niyyətindədir. Çemezovun sözlərinə görə, Türkiyə Rusiyadan S-400 sistemləri alan ilk NATO dövləti olacaq. Hər iki ölkənin maliyyə nazirlərinin sözlərinə görə, məsələ ilə bağlı danışıqlar artıq başa çatıb. Çemezov əlavə edib ki, ödənişin 45%-i əvvəlcədən ediləcək, 55%-i isə borc şəklində olacaq. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31