2013-dən 2018-ə... SİYASİ RAKURS
Hələ ötən prezident seçkilərinə bir müddət qalmış – 2013-cü ilin iyulunda ABŞ-ın Helsinki Komissiyası tərəfindən Azərbaycana dair brifinqdə azad cəmiyyət quruculuğu, insan hüquqlarının qorunması sahəsində görülən işlər barədə fikir mübadiləsi aparılarkən qeyd olunmuşdu ki, Azərbaycanda beş minə yaxın KİV qeydiyyatdan keçib, əhali internet saytlarından sərbəst və məhdudiyyətsiz şəkildə faydalanır və o cümlədən, ölkədə insan kapitalının inkişafına daha çox diqqət yetirilir və bütün bunlar danılmaz faktlara əsaslanır. Məhz həmin seçkilərdən öncə, Amerikanın Helsinki Komissiyası kimi nüfuzlu qurumu tərəfindən bu reallıqların vurğulanması hazırda da hakimiyyətə can atan o zamankı və indiki ənənəvi, radikal və dağıdıcı müxalifəti ciddi şəkildə narahat etmişdi.
27 Dekabr 2017 15:22 SiyasətYaxud, heç vaxt dəyişilə bilməyən uğursuz və nəticəsi iflasa söykənən müxalifət
Hələ ötən prezident seçkilərinə bir müddət qalmış - 2013-cü ilin iyulunda ABŞ-ın Helsinki Komissiyası tərəfindən Azərbaycana dair brifinqdə azad cəmiyyət quruculuğu, insan hüquqlarının qorunması sahəsində görülən işlər barədə fikir mübadiləsi aparılarkən qeyd olunmuşdu ki, Azərbaycanda beş minə yaxın KİV qeydiyyatdan keçib, əhali internet saytlarından sərbəst və məhdudiyyətsiz şəkildə faydalanır və o cümlədən, ölkədə insan kapitalının inkişafına daha çox diqqət yetirilir və bütün bunlar danılmaz faktlara əsaslanır. Məhz həmin seçkilərdən öncə, Amerikanın Helsinki Komissiyası kimi nüfuzlu qurumu tərəfindən bu reallıqların vurğulanması hazırda da hakimiyyətə can atan o zamankı və indiki ənənəvi, radikal və dağıdıcı müxalifəti ciddi şəkildə narahat etmişdi.
Radikallar əsl həqiqətləri, mövcud reallıqları qarayaxmaları və böhtanları sayəsində pərdələyə bilməyiblər
Onu da nəzərə alsaq ki, artıq növbəti - 2018-ci il prezident seçkiləri astanadadır və sözügedən müxalifət heç yarım addım da irəliyə gedə bilməyib, bu zaman belə qənaətə gələ bilərik ki, yerində sayan ambisioz, yalnız şəxsi mənfəətlərini güdən müxalifət "liderlərindən" fərqli olaraq, Azərbaycan hakimiyyəti istər KİV-lərin fəaliyyətində, internet istifadəsi azadlığında, ümumiyyətlə isə insan kapitalının inkişafında davamlı işlər apararaq, bu və digər sahələrin hər birində daha böyük uğurlara imza atıb.
Beləliklə, ölkəmizin inkişafına və daha da demokratikləşməsinə qarşı yozumlu və qərəzli prizmadan baxanlar ötən prezident seçkilərindən hazırkı dövrə qədər nə qədər ciddi-cəhd göstərsələr də, əsl həqiqətləri, mövcud reallıqları qarayaxmaları və böhtanları sayəsində pərdələyə bilməyiblər. Ümumiyyətlə, Azərbaycanın demokratik öhdəliklərini ardıcıllıqla yerinə yetirməsi uğurlarımıza sevinməyənləri bu gün də ciddi şəkildə narahat edir. Həmçinin, digər beynəlxalq sorğu mərkəzləri və araşdırma qrupları da zaman-zaman öz hesabatları vasitəsilə Azərbaycanda insan hüquqlarının müdafiəsinin səviyyəsinin hətta bir çox Avropa ölkələri ilə müqayisə oluna biləcəyini etiraf edirlər.
Dağıdıcı müxalifət "liderləri" hələ də 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ətrafında uğursuz manipulyasiyalar edirlər
Misal üçün, Prezident İlham Əliyev cənablarının son illər imzaladığı əfv fərmanları nəticəsində məhbusların sayı az qala yarıbayarı azalıb. Aparılan ardıcıl siyasi islahatlar digər problemlərin həllinə də ciddi təkan verib və əlbəttə, bu gerçəkliyi xarici təşkilatlar da etiraf etməli olurlar.
Belə olan halda, dağıdıcı müxalifət "liderləri" hələ də 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ətrafında uğursuz manipulyasiyalar edir, utanmaz-utanmaz seçkilərə qatılmaq üçün "ideyalar" irəli sürür, yeni "vahid namizədin" kim olacağı ətrafında necə deyərlər, "baş sındırırlar". Son vaxtlar biz tez-tez ənənəvi müxalifətin birləşdiyi, qoşulduğu və ayrıldığı blokların da şahidi olmuşuq. Müəyyən xarici təsir dairələrinin planlarına uyğun olaraq fəaliyyət göstərən müxalifətin belə qondarma bloklar yaradaraq hər hansı uğurlara imza atmaları isə baş tutmur. Çünki fakt budur ki, özlərini xalqdan məhrum edən ucuz müxalifət aqibəti bir amilə - iflasla söykənir. Əlbəttə ki, bu dəfə də istisna olmayacaq. Belə ki, nə qədər qondarma cəhdlər, saxta müdaxilələr olsa da, əsl həqiqətlərə, Azərbaycan reallıqlarına qətiyyən kölgə sala bilməz. Bu fikirlər dəfələrlə səslənsə də, nədənsə radikal, dağıdıcı müxalifət Azərbaycanın xeyrinə yönələn addımların heç birini uğur kimi qəbul etmək istəməyib, istəmədikcə də özü-özünü dərin quyuya salıb. Əslində, belə müxalifətin elə dərin quyuda qalıb üzə çıxmaması daha məqsədəuyğun olardı. Onsuz da onların sonu çoxdan çatıb. Sia.az