Gündəm
Bərdədə nişanlı müəllimənin qaçırılma səbəbi ORTAYA ÇIXDI: iş yoldaşının oğlu... - ŞOK TƏFƏRRÜAT
Hacallı kənd bələdiyyəsinin sədri Akif Əhmədov Publika.az-a açıqlamasında bildirib ki, qaçırılan müəllimə bu ilin sentyabr ayından kənd məktəbində işləyib: “O məktəbdə işləyən 3 müəllimə ilə birlikdə kirayə qalırdı. Yaşadıqları ev məktəbin yaxınlığında idi. Dünən günorta saatlarında müəllimə yoldaşı ilə dərsdən çıxıb evə gedəndə yolda olarkən onu qaçırıblar. Qaçıran oğlan da bizim kəndin adamıdır. Onun anası məktəbdə ibtidai sinif müəlliməsidir”.
Tramp Netanyahunun Qüdslə bağlı bəyanatını təkzib etdi
ABŞ səfirliyinin Qüdsə (Yerusəlim) köçürülməsi bu il baş tutmayacaq. Bu barədə Reuters agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib. İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatını şərh edən Tramp deyib: “Biz müxtəlif ssenarilərdən danışırıq. Vaşinqtonda bu variant nəzərdən keçirilmir. Bu, bir ildən çox vaxt tələb edir”.
Eldar Mahmudovun cinayət ortağı Bakıya gətirildi
Yanvarın 17-də hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayət ortaqlarından biri Sahib Ağayevi Qazaxıstanda saxlayaraq, Bakıya ekstradisiya ediblər. Bu barədə Azərbaycanın hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələr məlumat veriblər.
Siqareti tərgitmək istəyənlərə kömək kabinetləri yaradılacaq
Bu il ilkin səhiyyə xidmətlərində tütündən imtina üzrə tibbi məsləhət kabinetlərinin yaradılması nəzərdə tutulub. Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.
Qazaxıstandakı faciənin təfərrüatları məlum olub
“Qazaxıstanın Aktobe vilayətində yanmış avtobusun yan qapısı kilidlənib və bu da evakuasiyaya mane olub”. Bunu vilayətin daxili işlər departamentinin mətbuat xidmətinin nümayəndəsi Vitali Sinev deyib. O, qeyd edib ki, ilkin ehtimala görə yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub: “Avtobus dayanıb. Bütün sürücülər avtobusdan çıxıb. Sərnişinlər çıxışa doğru qaçmağa başlayan zaman yan qapı kilidlənib”.
Ukrayna parlamenti Rusiyanı işğalçı dövlət kimi tanıyıb
Ukrayna Ali Radası “Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş əraziləri üzərində Ukraynanın suverenliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında” 7163 saylı qanun layihəsini qəbul edib. Qanunun lehinə 280 deputat səs verib. Qanunda Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının Rusiya tərəfindən işğal olunduğu bildirilir, Rusiya Federasiyası işğalçı dövlət kimi rəsmən tanınır. Ukraynaya vurulan maddi və mənəvi zərərə görə məsuliyyət Rusiyanın üzərinə qoyulur. İşğal altındakı ərazilərdə doğum və ya ölüm haqqında sənədlər istisna olmaqla, işğalçı administrasiyalar tərəfindən verilən bütün sənədlər etibarsız sayılır.
“Şəhidlər” kitabının təqdimatı olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. “Olaylar” xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli qətliamdan bəhs edib: “Silahlı təcavüz nəticəsində günahsız insanların misli görünməmiş vəhşiliklərlə, xüsusi qəddarlıqla qətlə yetirilməsi insanlığa qarşı cinayət olmaqla, o zaman onsuz da sonu çatmaqda olan sovet imperiyasının mahiyyətini açıb göstərdi.
412 nəfər 20 Yanvar əlili və şəhidi ailəsinə birdəfəlik maddi yardım ayrılıb
“Cənab Prezidentin əlil və şəhid ailələrinə qayğının artırılması ilə bağlı tapşırıqları 20 Yanvar əlilləri və şəhid ailələrinin də etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmalarına şərait yaradıb. Bu vaxta qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 73 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə mənzil, 84 nəfər 20 Yanvar əlilinə minik avtomobili verilib”. “Olaylar” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbirində deyib.
Rusiya "S-400"lərin ixracına start verdi
Rusiya 2014-cü ildə əldə edilən razılaşmaya əsasən, Çinə “S-400” raketdən müdafiə sistemlərinin göndərilməsinə başlayıb. Rusiya mediası bu barədə məlumatı hərbi texnika sənayesindən verilən xəbərə əsasən dərc edib. Rusiya ixrac prosesləri çərçivəsində sistemlə birlikdə bir ədəd nəzarət və radar stansiyası, enerji və dəstək komandaları, əlavə ehtiyat hissələri göndərcək. Türkiyə ilə müqavilədə razışladırıldığı kimi, Rusiya Çinə də bu sistemlərin istehsal hüququnu və mexanizmlərini verməyəck.
Murad Boz Azərbaycana 400 min dollara gəldiyi toyun görüntülərini paylaşdı - VİDEO
Murad Boz Azərbaycana 400 min dollara gəldiyi toyun görüntülərini yutub kanalında yerləşdirib. Müğənni rəsmi yutub kanalında verdiyi konsertlərdən ibarət hazırlanan video-rolik yerləşdirib.
Putin: "Bəzi MDB ölkələri Avrasiya İttifaqında müşahidəçi ola bilər"
"Bir sıra MDB ölkələri Avrasiya İqtisadi İttifaqında müşahidəçi ola bilərlər". Məlumata görə, bunu Rusiya prezidenti Vladimir PutinAvrasiya İqtisadi İttifaqında sədrliyin Rusiya Federasiyasına keçməsi ilə əlaqədar quruma üzv ölkələrin dövlət başçılarına müraciətində deyib.
Ermənilər bu dəfə Meksikada problem yaratdılar
Meksikanın Kankun istirahət mərkəzinin aeroportunda 4 erməni vətəndaşı 500 rusiyalını “girov” götürüb. İki gündür hava limanının fəaliyyətində hadisə ilə əlaqədar problemlər yaşanılıb. Belə ki, Meksikada bir çox cinayət əməlinə qarışmış 4 nəfər erməni bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən deportasiya edilmək üzrə həbs ediliblər. Meksika erməni vətəndaşlarını İrəvana bu ölkədən uçuş olmadığına görə yanvarın 16- da Rossiya havayollarına məxsus təyyarə ilə Rusiyaya göndərməyə qərar verib.
İstehlak məhsullari və xidmətlər bahalaşıb
Ötən il istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 45,3 milyard manat olmaqla, 2016-cı ilə nisbətən müqayisəli qiymətlərlə 2,2 faiz artıb.
Moskvaya kritik səfər - Müharibə planı MÜZAKİRƏ EDİLƏCƏK
Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) başçısı Hakan Fidan və Türkiyə Silahlı qüvvələrinin Baş qərargahının rəhbəri Hulisi Akar Rusiyaya səfər edib. Yüksək vəzifəli rəsmilər Moskvada Rusiya Silahlı qüvvələrinin Baş qərargahının başçısı Valeri Gerasimovla görüşəcək.
Rusiyanın Ukraynaya müdaxiləsi peykdən çəkildi - UNİKAL KADRLAR
Rusiya ordusunun Ukraynaya müdaxiləsini sübut edən unikal kadrlar yayılıb. Şəkillər “GlasnostGone” adlı bloger tərəfindən dərc edilib. Kadrlara görə, Rusiyanın birinci “humanitar karvanı” Ukraynaya 2014-cü il avqustun 22-də girib. “Peykdən çəkilən bu şəkillər “humanitar yardım” haqqında Rusiyanın yalanına yekun vurur”, - o yazıb.














