412 nəfər 20 Yanvar əlili və şəhidi ailəsinə birdəfəlik maddi yardım ayrılıb

“Cənab Prezidentin əlil və şəhid ailələrinə qayğının artırılması ilə bağlı tapşırıqları 20 Yanvar əlilləri və şəhid ailələrinin də etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmalarına şərait yaradıb. Bu vaxta qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 73 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə mənzil, 84 nəfər 20 Yanvar əlilinə minik avtomobili verilib”. “Olaylar” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbirində deyib.

"Cənab Prezidentin əlil və şəhid ailələrinə qayğının artırılması ilə bağlı tapşırıqları 20 Yanvar əlilləri və şəhid ailələrinin də etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmalarına şərait yaradıb. Bu vaxta qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 73 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə mənzil, 84 nəfər 20 Yanvar əlilinə minik avtomobili verilib". "Olaylar" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbirində deyib. Bildirib ki, həmin insanlar Azərbaycan Prezidentinin aylıq təqaüdləri (20 Yanvar şəhidi fəxri adı almış insanların ailələri ayda 300 manat, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş I qrup əlillər 165 manat, II qrup əlillər 143 manat, III qrup əlillər 110 manat) ilə təmin olunurlar: " Bu təqaüdlə bərabər, 20 Yanvar əlillərinə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası, onların uşaqlarına, habelə 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə aylıq sosial müavinət ödənilir. 20 Yanvar əlilləri və şəhid ailələrinin ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqının da dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təmin olunur. Milli qanunvericilikdə bu təbəqədən olan insanlar üçün bir sıra güzəşt və imtiyazlar da nəzərdə tutulub". Nazir əlavə edib ki, 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq da bu günlərdə ümumilikdə 412 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə (o cümlədən 115 şəhid ailəsi və 297 nəfər 20 Yanvar əlili) birdəfəlik maddi yardımlar ayrılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31