Ermənilər bu dəfə Meksikada problem yaratdılar
Meksikanın Kankun istirahət mərkəzinin aeroportunda 4 erməni vətəndaşı 500 rusiyalını “girov” götürüb. İki gündür hava limanının fəaliyyətində hadisə ilə əlaqədar problemlər yaşanılıb. Belə ki, Meksikada bir çox cinayət əməlinə qarışmış 4 nəfər erməni bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən deportasiya edilmək üzrə həbs ediliblər. Meksika erməni vətəndaşlarını İrəvana bu ölkədən uçuş olmadığına görə yanvarın 16- da Rossiya havayollarına məxsus təyyarə ilə Rusiyaya göndərməyə qərar verib.
18 Yanvar 2018 14:08 DünyaMeksikanın Kankun istirahət mərkəzinin aeroportunda 4 erməni vətəndaşı 500 rusiyalını "girov" götürüb. İki gündür hava limanının fəaliyyətində hadisə ilə əlaqədar problemlər yaşanılıb. Belə ki, Meksikada bir çox cinayət əməlinə qarışmış 4 nəfər erməni bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən deportasiya edilmək üzrə həbs ediliblər. Meksika erməni vətəndaşlarını İrəvana bu ölkədən uçuş olmadığına görə yanvarın 16- da Rossiya havayollarına məxsus təyyarə ilə Rusiyaya göndərməyə qərar verib.
Təyyarənin qalxış saatı 16:00 olsa da, Ermənilərin gəlməsi 4 saat çəkib və saat 20:00 Kankun hava limanının işçilərinin iş saatının bitməsi ilə uçuş saat 8:30-a qədər təxirə salınıb. Sonra isə saat fərqi ilə əlaqədar təyyarə axşam saat 18:00-a qədər Moskvadan üçün icazə gözləyib.
Nəhayət, təyyarə ancaq bu gün səhər saat 10:00-da Moskvaya uçub. İki gün hava limanında əziyyət çəkən sərnişinlər ermənilərə və Rossiya havayollarına sosial mediya səhifələri vasitəsilə öz iradlarını bildiriblər.
Xəbəri Olaylar.az -ın Türkiyə bürosu yayıb.